İranda təqaüdçülərin etiraz mitinqi

Təqaüdlərin artırılması tələb olunur

Bu gün İctimai Təmin Sazmanının qrup təqaüdçüsü təqaüd məbləğinin azlığına etiraz əlaməti olaraq mitinq keçirib. Azerbaycan-ruznamesi.org  aznews.tv saytına istinadla xəbər verir ki, onlar həmin məbləğin dövlət işçilərinin aldıqlarına bərabərləşdirilməsini tələb edirlər. Bu məqsədlə  etirazçılar İctimai Təmin Sazmanının Tehrandakı Bərnamə və Büdcə Təşkilatının binası qarşısında mitinq keçiriblər. Onlar “Müstəmirri haqları rialla, xərclərimiz dollarla”, “Hüquqlarımızı alana qədər sakitləşməyəcəyik”, “Əmniyət, dolanışıq bizim danılmaz hüququmuzdur” kimi şüarlar səsləndiriblər.

Məlumata görə, etiraz edənlər  onların aldıqları məbləğin dövlət məmurları və nizamilərə verilən  haqlarla  müqayisədə çox aşağı olduğunu  və eləcə də İctimai Təmin Sazmanı təqaüdçülərinin yüzdə 76-ı faizinin əhalinin yoxsul təbəqəsində yer aldığını deyirlər. Təqaüdçülər, habelə açıqlama yayaraq, dolların qiymətinin 17.500 tümən təyin edilməsinin (hansı ki Məclisin gündəliyinə salınıb),  onlar və fəhlələrin ailələri üçün çox böyük mənfi təsirini bəyan edərək, bu addımı tənqid ediblər.

Şərhlər bağlıdır.