İctimai fəal və jurnalist və ictimai fəal Kiyanuş Səncəri hökumətin
fəallara qarşı repressiyalarına etiraz olaraq intihar edib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
“Çərşənbə günü axşam saatlarına kimi Fatimə Sepehri, Nəsrin
Şakərəmi, Tomac Salehi və Arşam Rzayi sərbəs buraxılmasalar, Əli
Xamənei və müttəfiqlərinin diktaturasına etiraz əlaməti olaraq
həyatıma son qoyacağam”,- Kiyanuş Səncəri intihar etmədən bir neçə
saat əvvəl özünün sosial media hesabında etdiyi paylaşımda
xəbərdarlıq edib.
Qeyd edək ki, Səncəri bundan əvvəl 2000-ci ildə, 17 yaşında etiraz
aksiyasında iştirak etdiyinə görə həbs edilib və bir neçə ay təkadamlıq
kamerada saxlanılıb.
O, bundan sonra da “hökumət əleyhinə təbliğat”, “milli təhlükəsizliyə
zərbə vurmaq”, “tələbə hərəkatına üzv olmaq” və başqa ittihamlarla 9
dəfə həbs edilib.
Kiyanuş Səncəri təzyiqlərə görə 2008-ci ilin yayında ölkəni tərk edib
və 8 il ABŞ-da yaşadıqdan sonra 2016-cı ilin oktyabrında İrana geri
dönüb.
Jurnalist İrana qayıtdıqdan sonra dinc fəaliyyətlərinə görə bir neçə
dəfə saxlanılıb.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.