İranla İsrail arasında gərginliyin artması və İsrailin hava
hücumlarından sonra İran müdafiə təyinatlı tunellər
tikməyə başlayıb.
Bu barədə “Təsnim“ xəbər agentliyi məlumat yayıb. Bu
xəbər İranın müxtəlif dairələrində müharibəyə hazırlıq
kimi dəyərləndirilir.
Məlumata görə, Tehranın mərkəzində yerləşəcək tunel
Tehran metro stansiyalarından birini “İmam Xomeyni”
hospitalı ilə əlaqələndirəcək, tibb müəssisəsinə birbaşa
yeraltı keçidi təmin edəcək.
“Ölkədə ilk dəfə olaraq müdafiə təyinatlı tunel Tehranda
tikilir”, – deyə Tehran şəhər şurasının nəqliyyat rəhbəri
Seyid Cəfər Təşəkküri Haşimi bildirib.
Oktyabrın 26-da İsrailin İranın 3 əyalətindəki hərbi
hədəflərə hava hücumu nəticəsində hava hücumundan
müdafiə sistemləri sıradan çıxarılıb. Bununla yanaşı PUA
istehsalı və başqa hərbi təyinatlı təsisatlarda dağıdılıb.
İran hava hücumu nəticəsində şəkildə 4 hərbçisinin
öldüyünü açıqlasa da, qeyri-rəsmi məlumatlarda 20
hərbçinin öldüyü və 30 nəfərinin isə yaralandığı bildirilib.
Azerbaycan-ruznamesi.org
Əvvəlki
Növbəti
Şərhlər bağlıdır.