İranlıların 60 faizi ölkədən getmək istəyir

Bu gün mühacirət milli, sosial və iqtisadi problemə çevirilib və tərk etmək
istəyənlərin sayı 60%-dan çoxdur: bu sözləri Tehran Ticarət Palatasının rəhbəri
Mahmud Nəcəfi Ərəb deyib.
O, son 10 il ərzində yüz minlərlə iranlının ölkədən getdiyini, bu müddət ərzində
hər il təxminən 27 min iranlının başqa ölkə oturumunu aldığını söyləyib.
“Bu həm də onu göstərir ki, ölkəyə mənsubluq və təəssüb hissi kəskin şəkildə
azalıb”,- Nəcəfi ərəb bildirib.
İran Xarici İşlər Nazirliyinin yaydığı son məlumata görə, Hazırda müxtəlif
səbəblərə görə ölkədən qıraqda yaşayan iranlıların sayı 5 milyon nəfərdir.
Onların əhəmiyyətli hissəsi ölkədə fərdi, siyasi və ictimai azadlıqların olmaması
səbəbindən mühacirət etməyə məcbur olublar.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.