Təbrizdə İranın məşhur avtomobil zavodunun işçiləri niyə tətilə çıxıb?

Ötən ilin dekabrın 19-dan bəri Təbrizdə “Iran Khodro” avtomobil şirkətinin işçiləri
aşağı maaş və 12 milyon tümənlik müavinətlərə və işçilərə qarşı ayrı-seçkiliyə etiraz edərək tətilə başlayıblar. Bunu Azerbaycan-ruznamesi.org İran KİV-ə istinadən xəbər verib.

Bildirilib ki, “Iran Khodro” şirkətinin Təbrizdəki işçilərinin etirazının mövzusu adekvat maaşların olmamasıdır.

Eyni zamanda, Təbrizdəki etirazçılar dolanışıqlarının və Tehrandakı “Iran Khodro” şirkətinin işçiləri ilə əməkhaqqılarının eyni olmasını istəyirlər.

Şərhlər bağlıdır.