İsrailin rusdilli “Detali” nəşrinin yaydığı məlumata görə, yəhudi humanitar təşkilatı HIAS
bir neçə qrupla birlikdə Donald Trampın qaçqınların qəbulunu dayandıran sərəncamına görə
məhkəməyə müraciət edib.
İddia Beynəlxalq Qaçqınlara Yardım Layihəsi tərəfindən Sietl federal dairə məhkəməsində qaldırılıb. İddiaya HIAS-la birgə “Church World Service” və “Lutheran Community Services Northwest” kimi təşkilatlar da qoşulub. Onlar qaçqınların məskunlaşdırılmasını həmişəlik dayandıran və bununla bağlı maliyyələşməni donduran sərəncama etiraz edirlər.
İddiada Trampın miqrasiya siyasətini və qaçqınların hüquqlarını tənzimləyən qanunları pozaraq səlahiyyətlərindən qanunsuz sui-istifadə etdiyi bildirilir.
HIAS 1881-ci ildə ABŞ-da Şərqi Avropada təqiblərdən qaçan yəhudi qaçqınlara kömək etmək üçün yaradılıb.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.