Fransa hökuməti İranda həbsdə olan vətəndaşlarının hüquqlarının pozulmasına görə rəsmi şikayət qeydə alacaq
Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, bu ölkənin hökuməti 2025-ci il
mayın 16-sı, cümə günü, İran İslam Respublikasına qarşı rəsmi şikayəti
Beynəlxalq Ədalət Məhkəməsində qeydə alacaq.
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemoan bu addımın məqsədini
“İranda həbs olunan iki Fransa vətəndaşının hüquqi yollarla müdafiəsi” kimi
açıqlayıb.
Fransız cütlüyü Səsil Koller və Jak Paris 2022-ci ildən bəri İranda həbs
olunublar və şəffaf olmayan bir prosesdə məhkəmə sistemi tərəfindən
casusluqda ittiham olunublar.
İran İslam Respublikasının radio və televiziyası bu turist cütlüyün zorla alınmış
etiraflarını yayımlayıb; həmin videoda onlar Fransa kəşfiyyat xidməti ilə
əməkdaşlıq etdiklərini qəbul edirlər.
Halbuki Fransa hökuməti və bu cütlüyün yaxınları bu ittihamları rədd ediblər.
Fransa hökuməti bildirir ki, İran İslam Respublikası rəsmiləri həbsdə olan
Fransa vətəndaşlarını Evin həbsxanasında “işgəncəyə bənzər şəraitdə”
saxlayır və onlara konsulluq dəstəyi verməkdən imtina edirlər.
Fransa İşçi Qüvvəsi Həmkarlar İttifaqının Təhsil və Mədəniyyət Federasiyasının
üzvü və müəllim olan Səsil Koller və onun həyat yoldaşı Jak Paris 2022-də turist
kimi İrana səfər etmişdilər və eyni vaxtda İranda keçirilən Beynəlxalq Əmək
Günü mitinqləri zamanı həbs olunublar.
İran 2024-cü ilin May ayında Gohətdəşt həbsxanasının sabiq müstəntiqi Həmid
Nurini, İsveçdə həbsdə olan Səid Əzizi adlı ikili vətəndaşlığı olan İran-İsveç
vətəndaşı ilə dəyişdi.
Səid Əzizi Evin həbsxanasında beş illik həbs cəzasını çəkirdi.
2017-ci ildə İsrail üçün casusluq ittihamı ilə edam hökmü verilmiş İran-İsveç
vətəndaşı Əhmədriza Cəlali hələ də İranda həbsdədir.
Təxminən bir ay əvvəl Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri bu ittifaqın
vətəndaşlarının İranda həbs olunması ilə bağlı yeddi İran vətəndaşı və iki
təşkilata qarşı sanksiyalar tətbiq ediblər.
İranwire.com
Şərhlər bağlıdır.