Belarus küçələrini itirən müxalifətin lideri Svetlana Tixanovskaya məğlubiyyəti dilə gətirib:
-Mən etiraf etməliyəm ki, biz küçələri itirmişik, rejimin təzyiqlərinə qarşı mübarizə aparmaq imkanımız yoxdur. Onların silahı var, belə görünür ki, biz uduzmuşuq. Mən bilirəm, belaruslar yorulublar, qorxurlar.
Bəli, ABŞ-ın və Qərbin nə siyasi, nə də maddi dəstəyi Belorusda Lukaşenko hakimiyyətinin devrilməsi üçün yetərli olmayıb. Xalq Lukaşenkoya dəstək verdiyindən S. Tixanovskayaya bəslənilən ümidlər puça çıxıb.
ABŞ və müttəfiqləri 2 ildən çoxdur ki, Belorusla yanaşı Venesuelada da mürtəce niyyətlərindən əl çəkmək niyyətində deyil. Amma həmin dövlətin də xalq tərəfindən seçilən mübariz lideri Maduro var. Orada qondarma Quaydonu prezident elan etmək cəhdləri nəticə vermədiyindən, oyuncaq “prezidenti” atrıq onu tanıyanlar tərəfindən də unudulması yəqin ki, yeni variantlar axtarışına səbəb olacaqdır. Buna görə də tezliklə Quaydonun da dilindən məğlubiyyətin etiraf ediləcəyi şəksizdir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.