5. AZƏRBAYCAN XALQ QOŞUNLARININ ZABİTLƏRİ TƏRƏFİNDƏN

TEHRAN-TƏBRİZ YOLUNDA (9 aprel – 10 may 1946-cı il)

Tehran. Azərbaycan Milli Hökumətinin və Azərbaycan xalqının hörmətli nümayəndə heyətinə

Azərbaycan xalqı illərdən bəri arzu etdiyi Milli hökumətini və milli qoşunu təşkil etməklə Azərbaycan xalqının azadlığını təmin etdi.
Bu möhtərəm heyətdən tələb edirik ki, Azərbaycan milli dövlətinin tanınmasını və Azərbaycan xalqının azadlığının dayağı və zamini olan milli qoşunun tanınmasını, Azərbaycan xalqının tapşırıqlarını yüzdə yüz həyata keçirməklə bərabər Azərbaycan xalqının azadlığının və səadətinin ziddinə və ya Azərbaycan xalqının hal-hazırda başladığı ciddi islahatlara mane ola biləcək hər hansı bir müqaviləni imzalamaqdan ciddi şəkildə imtina etsinlər.
Biz zabitlər o heyəti əmin edirik ki, Azərbaycan xalq qoşunları cavan olmasına baxmayaraq Azərbaycan Milli Hökumətini qorumağa və Azərbaycan xalqının azadlığını təmin etməyə hazırdır.

Azərbaycan zabitləri tərəfindən: General Pənahiyan, general İbrahimzadə, polkovnik Səfəri, polkovnik Axundzadə, polkovnik Lətifzadə, polkovnik Şərifi, polkovnik Əsədi, polkovnik Gəncəvi, mayor Agəhi, mayor Daniş, mayor Zəfərai, baş leytenant Qadir, baş leytenant Məhəmmədi, leytenat Təbəri, leytenant Abbasquluzadə, leytenant Teymurzadə, kapitan Təbatəbai, kapitan Qazi, kapitan Ciddi, kapitan Qənbəri, kapitan Fərşiyan, kapitan Cudi, kapitan Zərbəxt, baş leytenant İbrahimzadə, kapitan Səlimi, kapitan Vəfa, kapitan Məşhur, leytenant Müstəcabüt Dəva, leytenant Eşkül, baş leytenant Fəhmi, polkovnik Mürşidi, mayor Xilmət, baş leytenant Mərzban, baş leytenant Şərəfi, baş leytenant Asudə, leytenant Firuzi, kapitan Fərşiyan.

HƏRBİ ZABİTLİK MƏKTƏBİ TƏLƏBƏLƏRİ TƏRƏFİNDƏN

Tehran. Azərbaycan xalqının göndərdiyi hörmətli heyət və onun rəisi Baş nazir Pişəvərinin hüzuruna.
Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” və Tehranda nəşr olunan “Rəhbər”, “Necat-e İran” və “İran-e Ma” qəzetlərinə.
Biz Azərbaycan xalq qoşunlarının hərbi zabitlik məktəbinin tələbələri Tehrana ezam olunmuş möhtərəm heyətimizdən İran hökuməti ilə Azərbaycanın azadlığının və milli dövlətinin hifz olunmasını, xülasə, xalqımızın səadəti və arzularını müzakirə etməyi ikinci dəfə olaraq nümayəndlərimizdən xahiş edirik. Azərbaycan xalqının indiyə kimi etdiyi tələblərə zərrə qədər də olsun, mərkəzi hökumətlər baxmaq istəməyib. Bu sözlərlə bərabər öz möhtərəm nümayəndələrimizi əmin edirik ki, Azərbaycanın Milli Hökumətinin zamanında tərbiyə almış biz yeni zabitlər bir qətrə qanımız qalana qədər yurdumuzu və milli mənafeyimizi qorumağa hazırıq.

Hərbi zabitlik məktəbinin tələbələri tərəfindən: Tufan Ruindej, Əli Əblüc, İsmayıl Bəradəri, Yədulla Şərifi, Rəhim İmrani, Mir Əhmədi, Mir Əhməd Həsənli, Tağı Saqqızçı, Məlik Məlikvam, Həmid Həmida, Çahar Davəri Nobəri, Şiruyyə İbadullahi, Hüseyn Qarağaci, Sətt

“Azərbaycan” qəzeti, ADF orqanı, Təbriz, say 189, 03.05.1946

Şərhlər bağlıdır.