6. TEHRAN-TƏBRİZ YOLUNDA

9 aprel – 10 may 1946-cı il tarixli Tehran-Təbriz müzakirələri barədə

              Azərbaycanın müxtəlif təbəqələri tərəfindən Tehrana göndərilmiş nümayəndələrə teleqraflar


Azərbaycan Milli Qoşunu tərəfindən. Tehran. Azərbaycan xalqının göndərdiyi hörmətli nümayəndlərə və Azərbaycanın Baş naziri Pişəvəri cənablarına. Üzü: Tehranda nəşr olunan “ Rəhbər”, “İran-e ma”, “ Necat-e İran” və Təbrizdə nəşr olunan  “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” qəzetlərinə.  Azərbaycan Milli Qoşununun zabitləriləri, çavuşları və serjantları tərəfindən.

Sizdən, Tehrana təşrif aparmış hörmətli heyətdən, öz müzakirənizdə Azərbaycan xalqının böyük fədakarlığını və Azərbaycan xaqlının azadlığı yolunda şəhid olmuş cavanların pay qanlarını nəzərdə tutub Azərbaycan xalqının  istəklərini yüzdə yüz yerinə yetirmənizi tələb edirik. Nəzərinizdə tutmalısınız ki, az bir zamanda milli dövlətimizin təşkilindən sonra ölkəmiz mədəniyyət, elm, sənət, kənd təsərrüfatı və ölkəmizin abadlaşması sahəsində iri addımlarla tərəqqiyə doğru gedir. Bütün xalqımız, yəni fəhlələr, kəndçilər yeni həyata doğru gedərkən onları bir daha geri döndərmək olmaz. Artıq Azərbaycan xalqı aldığı azadlığın və milli dövlətin sayəsində səadətə və xoşbəxtliyə doğru gedir. Buna görə də mütləq Tehran hökuməti Azərbaycanın Milli Hökumətini, azadlığını və Milli Qızılbaş ordusunu rəsmiyyətlə tanımalıdır və bununla da bütün İran millətinin səadətini və azadlığını təmin etməlidir. Biz əsgərlər, zabitlər, Azərbaycan Qızılbaş ordusu bir daha zorluq və zülmətinin altına getməyib öz həqiqi haqqımızı, öz milli dövlətimizi müdafiə edib illər boyu Azərbaycan xalqının qəhrəman oğullarının qanları bahasına aldığımız azadlığı heç bir tərz ilə əldən verməyəcəyik. Milli hökumətimizi və milli qoşunumuzu təşkil etməyə qadir olduğumuz kimi onu saxlamağa da heç aciz deyilik.

Bütün İran azadlıqsevərlərinə və sevimli həmvətənlərimizə də kömək etməyi əsirgəməyəcəyik.

Yaşasın həqiqət və onun tərəfdarları!

Yaşasın İran və onun azadlıqsevərləri!

Yaşasın Milli hökumətimiz və onun arxası olan Azərbaycan Qızılbaş ordusu!

Təbriz hərbi qarnizonunun zabit və əsgərləriı tərəfindən: Kömək kapitan Nasiri, kömək kapitan Mahmud, kömək kapitan Düzdüzəlü,  kömək kapitan Məhəmmədəli Jiyan, kömək kapitan Yadulla Ataxani, kömək kapitan Şəfi Məhəmmədi, kömək leytenant Yusif Ezaz, kömək leytnant Niyaz Fəxrəddini, kömək leytnant Məhəmmədrza Azəri, kömək leytnant Rza Bəyat, kömək leytnant Jiyan, kömək leytnant Zehtab, kömək leytenant Zəngənə, kömək leytenant Əli Əziziyan, kömək leytenant Dadaşzadə, kömək leytenant Qorxmaz, kömək leytenant Dağzadə, kömək leytenant  Müdiri, kapitan Fətullahi, serjant Xaqani, serjant Şəcəri. Hərbi nazirlik işçiləri: çavuş Sabit Bayqan, serjant Məhəmmədəli Rəhmani, serjant Zeynalabdin Çavuşi, serjant Əbdürrəhman Agəhi, serjant Əkbər Sübhi, kiçik leytnant Məhəmməd Üzeyirzadə, kiçik leytnant Əbutalib, kiçik leytenant Rzai.

          “Təvəkküli” fabrikinin fəhlələri tərəfindən

Tehran. Azərbaycan Milli Hökumətinin və Azərbaycan Demokrat Firqəsinin əziz nümayəndələrinə.

Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” və Tehranda nəşr olunan “Rəhbər”, “Zəfər”, “Mərdom”, “İran-e ma”, “Rəstaxiz-e İran” “Dad” qəzetlərinə.

Biz, “Təvəkküli” fabrikinin 800 nəfər fəhləsi, öz sevimli nümayəndələrimizdən müzakirə etdikləri vaxt indiyə qədər Azərbaycan xalqının tarix boyu İran xalqlarının azadlığı və səadəti yolunda göstərdiyi fədakarlıqları nəzərə almaqla bu gün də öz milli azadlığını hifz etməklə bərabər bütün İranın əyalət və vilayətlərinin də həqiqi demokratik rejim ilə idarə olunmasını və Azərbaycanın milli azadlığının İran daxilində qorunmasını möhtərəm nümayəndələrimizdən istəyirik. Buna görə də 5 milyonluq Azərbaycan xalqı öz nümayəndələrinin xalqımızın bu arzularını yerinə yetirmələri üçün artıq dərəcədə ciddiyyət göstərib və bu işi müvəffəqiyyətlə başa çatdırmalarını arzu edir.

 “Təvəkküli” fabrikinin 800 nəfər işçisi tərəfindən: Abbas Kəngəri, Əzim Əzima, Mirməhəmməd, Hüseyn, Əsfər, Tağı Təvəkküli.

 

Şərhlər bağlıdır.