“PKK MÜTTƏFİQDİR, İRAN VƏ RUSİYA İSƏ…

Avropa Parlamentindən əndərəbadi qərar

Avropa Parlamentinin (AP) Suriyadakı vətəndaş müharibəsinin 10-cu ildönümü ilə əlaqədar “Suriya münaqişəsi: Qarşıdurmadan 10 il sonra” adlı qərar layihəsi əndərəbadiliyi ilə diqqəti çəksə də qəbul olunub.

Azerbaycan-ruznamesi.org-un aldığı informasiyaya görə həmin sənəddə Suriya xalqının demokratik tələbləri və ölkənin birliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstək verildiyi, BMT-nin siyasi həll səylərinə Əsəd rejimi tərəfindən maneə törədildiyi göstərilib.

Avropalı deputatlar Suriyadakı mövcud durumun haqlı olaraq həyəcanverici və BMT-nin rəhbərliyi altında atəşkəsə nəzarət mexanizminin qurulmasının vacibliyi qənaətindədirlər.

Sənəddə Əsəd rejimi ilə yanaşı, onun müttəfiqləri Rusiya və İran da hədəf götürülüb. Həmin dövlətlərə qarşı sanksiyaların genişləndirilməsi və sərtləşdirilməsi tələbi irəli sürülüb.

Layihədə Rusiya, İran və Hizbullah terror təşkilatına bağlı qüvvələrin Suriyadan çıxarılması çağırışı yer alıb. Eyni zamanda, Rusiyanın hücumlarında 2 min uşaq da daxil olmaqla, 6900 insanın həlak olduğu diqqətə çatdırılıb. Lakin ABŞ-ın və digər dövlətlərin Suriyada törətdikləri cinayətlərə nədənsə toxunulmur.

Avropalı parlamentarilərin İŞİD-ə qarşı mübarizədə Suriya Demokratik Qüvvələri və YPG/PKK kimi terror təşkilatlarını “müttəfiq” adlandırmaları əslində onların münaqişə ocağının söndürülməsinə yox, daha da alovlandırılmasına maraqlarını nümayiş etdirməkdədir.

Şərhlər bağlıdır.