Bəyanat

 

Qəhrəman Azərbaycan Milləti

Pəhləvi zülmünün ardından hakimiyyətə gələn İran İslam Respublikası 47 il müddətində xalqımıza qan qusduraraq, pəhləvinin uyguladığı Farslaşdırma siyasətinin tətbiqi uğrunda minlərlə Türk və digər fars olmayan millətləri qətl edərək İran fars hegemonluğunu təhmil edib və bu günədək minlərlə Azərbaycan fəalını həbs və işkəncə etmişdir.

Ölkə, bölgə və dünyada terror əsdirən İran İslam rejimi indi İsrail və Amerikanın saldırılarına məruz qalıb və İran cinayətkar rejiminin başçısı qatil Xamneyi ilə yanaşı bir çox rejim başçıları məhv edilmişdir.

Əlbəttə ki, İran rejimini zəiflədəcək hər bir əməl milli hərəkətin hədəflərinə çatmasında önəmli olduğunu diqqətə alaraq bu həssas və təhlükəli durumda bütün Türk Millətin və Azərbaycanlıları birliyə, daha duyarlı və rasional hərəkətlə siyasi gedişi kontrol altına almağa çağırırıq.

Bu durumda İranın mövcud rejimi zəifləyib, kontrolu itirib və yıxıla bilər. Məhz buna görə hər hadisəyə hazır olmalıyıq. Mərkəzi hökumət zəiflədiyi və kontrolu itirdiyi təqdirdə Güney Azərbaycanda bütün binalar və idarə strukturu Azərbaycan xalqının iradəsinə tabe tutulmalıdır.

Hər yer əyləm yeri və hər zaman əyləm zamanı taktikası ilə bu şəraiti bir fürsətə çevirib milli haqlarımızın bərpasına yönləndirməliyik və bir mənada rejimin yıxılmasına bütün gücümüzlə səhnədə olmalıyıq.

GATƏŞ bu həssas və həyati durumda bir daha da bütün Azərbaycan təşkilatlarını birliyə çağırıb birlikdə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı ilə yürüyüşlər təşkil edib, hər bir fürsətdə hər yerdən səsləndirərək Azərbaycanda başqa bir diktatorluğa yol verməyəcəyimizi dünya ictimaiyyətinə çatdırıb milli istəklərimizi şəffaf formada ortaya qoyub milli davamızı çaşmadan sürdürməliyik.

Qarğaşaya yol vermədən məhəllə, küçə, şəhər və bölgəmizdə zorakılıq, talançılıq və çapqınçılığa mane olub vətəndaşlarımızın əmniyyətini təmin etmək üçün məhəllə, şəhər və bölgə komitələri təşkil edərək bütün Azərbaycanda nizam-intizamı təmin etməliyik.

GATƏŞ eyni zamanda Türkiyə və Azərbaycan dövlətlərinə müraciət edərək hər hansı xarici müdaxilə halında Güney Azərbaycan xalqını qorumaq üçün lazımi tədbirləri alıb Güney Azərbaycanın əmniyyətini sağlamaq üçün müdaxil olmalarını arzu edirik.

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası
2026-03-01

Şərhlər bağlıdır.