Azərbaycan Demokrat Firqəsinin bir qrup üzvü bu günlərdə Fəxri Xiyabanda böyük lider
Seyid Cəfər Pişəvərinin məzaranı ziyarət etmiş və qocaman firqəçilərə fəxri diplomlar təqdim
edilmişdi.
ADF sədri Rəhim Hüseyinzadə Huşməndi firqəçi yoldaşlara müraciətində deyir ki, -Fəxri
xiyaban bizim and yerimizdir. Firqəçilər 21 Azər nehzətinin mirasanı 80 ildir ki, şərəflə daşımış və
bu günə gətirib çatdırmışdı və əmin olun ki, bu mirası gələcək nəsillərə də ötürəcəyik.
Azərbaycanın azadlıgı, ədalətli cəmiyyət quruculugu, milli hökumət arzusu əbədidir və xalqımız
bu arzusuna mütləq çatacaqdır.
S.C.Pişəvərinin abidəsi önündə Rəhim Hüseyinzadəyə 75 iliyi münasibəti ilə fəxri diplom
təqdim edildi və ADF sədri firqəçi yoldaşlara xitabən çıxış etdi. Eyni zamanda, qocaman firqəçi
Nizami Rzaşuariyə ADF-nin fəxri diplomunun təqdimatı keçirildi.
Abidənin qarşısında İnqilab şairi Tariyer Ümüd yeni şerlərini yoldaşlara təqdim etdi və
iştiralçıların xahişi ilə uzun müddət əvvəl yazmış oldugu S.C.Pişəvəriyə həsr olunmuş əsərini bir
daha oxudu.
ADF üzvlərinin “Fəxri Xiyabana” ziyarətləri ənənə halını almışdır və bütün ugurlarımızı bu
məkanda qeyd etməliyik deyə qərar aldılar.




Şərhlər bağlıdır.