1994 Təbrizdə “Aşıq heykəli” önündə şəkil

1994-cü ilin yayında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Əliyar Səfərli ilə məni (Səməd Bayramzadə) Təbrizdə təşkil edilmiş Beynəlxalq xalça sərgisinə dəvət etmişdilər.
Biz də fürsətdən istifadə edib uzun illər Pəhləvi şahlıq rejimi zamanı azərbaycanlıları, onlarin milli varlığını, mədəniyyətini, milli-mənəvi dəyərlərini məhv etməyə yönəlmiş anti-milli siyasət çərçivəsində Təbrizdəki “Şah gölü” parkından götürülmüş və uzun zaman “həbsdə” saxlanılmış, 1978-1979-cu illər inqilabından sonra isə daimi sərgi yerində ucaldılmış möhtəşəm “Aşıq heykəli” önündə də şəkil çəkdirdik.
Samad Bayramzada

Şərhlər bağlıdır.