TÜRK KƏŞFİYYATI GÜLƏNİ QANDALLADI

BU DƏFƏ QOHUMUNU, ÖZÜNƏ DƏ ÇOX QALMAYIB

Türkiyənin Azsiyasət.com saytı Gülənin yaxalandığı barədə xəbər yayımlayıb. Amma bu dəfə Fətullahı yox onun yaxın qohumu Səlahəddin güləni. İnformasiyada bildirilir ki, Milli İstihbarat Təşkilatı (MİT) FETÖçüların yerini müəyyənləşdirərək xüsusi əməliyyat həyata keçirib. Əməliyyat zamanı Fəthullah Gülənin yaxın qohumu Səlahəddin Gülən xaricdə tutularaq Türkiyəyə gətirilib. 

Qeyd edək ki, “Anadolu” Agentliyi təhlükəsizlik xidmətindəki mənbəyə istinadən Səlahəddin Gülənin bir neçə il əvvəl FETÖ-nun köməyi ilə xaricə qaçdığı barədə xəbər yaymışdı. Gülənin yeri MİT zabitləri tərəfindən aşkarlanıb və saxlanılması üçün xüsusi əməliyyat həyata keçirilib.

Səlahəddin Gülən bu təşkilatın sıradan bir üzvlərindən deyildir, ən yüksək dairələri ilə əlaqələrə malikdir.

İndi F.Gülənin yaxını həbs edilib, özünün də qandallanacağı gün uzaqda deyildir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.