Mərkəzi saytlar 13-cü prezident seçkiləri ərəfəsində namizədlər arasında ilk teledebat (05.06.2021) haqqında geniş məlumat veriblər. Bəziləri debat ətrafında baş verən maraqlı detaları da qeyd etməyə diqqət ayırıblar. Ancaq onlardan heç biri islahatçı M.Mehrəlizadənin və Ə.Himmətinin türk və ya azərbaycanlı, hətta “azəri” olduğunu qeyd etməyiblər. Yəqin bunu nəzərə alan hər iki namizəd, özləri türk olduqlarını bir daha fars millətçilərinin gözünə soxmağı qərara alıblar. Bu barədə xəbər verən mühafizəkar “anaj” saytı həmin hadisəni seçki gedişi kimi dəyərləndirərək ona bir cümlə ayırmaqla kifayətlənib.
“Anaj” yazır: “Bugünkü debatların maraqlı məqamı, Əbdül Nasir Hümməti və Möhsün Mehrəlizadənin teledebatdan əvvəl elan etdikləri kimi, Azərbaycandan olduqlarını sübut etmək və seçki qutusunu səslərlə doldurmaq üçün türkcə şeirlər oxuması oldu”. “Anaj” saytı hər nə olsa da, yenə də özümüzünküdür, həmin məlumata görə ona da bir təşəkkür düşür.
Vidadi Mustafayev
Şərhlər bağlıdır.