İRAN POLİSİ YAŞLI QADINLA GƏNCİ DÖYÜB

İran polisi yaşlı qadını və gənci döyüb İctimai şəbəkələrdə İran polisinin vətəndaşlara qarşı zorakılıq göstərməsinə dair yeni video yayılıb. Videoda polislərin Tehran sakininin evi qarşısında onun özünü və yaxın ailə üzvü olan yaşlı qadını döyməsi müşahidə edilir. Məlumatlara əsasən, polis vətəndaşı mehriyyə ödəmədiyi üçün tutmağa çalışırmış və bu zaman tərəflər arasında dava düşüb. Hətta polisi müşayiət edən əsgər bir neçə dəfə havaya atəş açıb. Qeyd etmək lazımdır ki, İranın əmniyət qüvvələri və polisinin qadınlı – kişili ölkə vətəndaşlarına qarşı zorakı davranmasına dair tez-tez görüntülər yayılır.

VİDEO: https://www.facebook.com/baoazerbaycan/videos/1085395661989875/

Ədalət

Şərhlər bağlıdır.