TƏBRİZDƏ ZİYARƏT ETMƏYƏ BORCLU OLDUĞUMUZ ÜNVANLARDAN:

SİQQƏTÜL İSLAM EVİ

Təbrizdə diqqəti çəkən, arxitektura quruluşu nəfis olan tarixi binalar çoxdur. Lakin elə tikililər də vardır ki, onlar qeyri-rəsmi ziyarətgah statusu qazanıblar. Çünkü bunlar xalq üçün canını fəda edən mübarizlərdən, mütəfəkkirlərdən, ictimai xadimlərdən yadigardır.

Şəhid Mirzə Əli Siqqətülislam da könülləri fəth etmiş insanlardandır. O, yalnız mütərəqqi din xadimlərindən deyildi. Bir əlində Quran, digərində haqsızlığa qarşı silahla dayanmaq məcburiyyəti.

Məşrutə hərakatının fəal üzvü, tanınmış din xadimi, şair Mirzə Əli Siqqətülislamın yaşadığı ev Təbrizdə Çaykənar xiyabanında Qarı körpüsü ilə Sahibüləmr məscidi arasında yerləşir. Kərpicdən üç mərtəbəli tikilmiş nadir binalardandır. Binanın sahibi Mirzə Əli Siqqətülislam Məşrutə hərakatının fəal üzvü, tanınmış din xadimi və şair idi. 1911-ci ildə rusların Təbriz işğalı zamanı asılaraq edam olunub. Bina bir müddət rəsm məktəbi kimi istifadə olunub. 6 oktyabr 2002-ci ildə bina İranın milli abidələri siyahısına daxil edilib.

Bu binanı görməyən, ziyarət etməyən şəxslər elə bilirik ki, çox şey itirə bilərlər.

Aynurə Qafarova,

BDU-nun tələbəsi    

Şərhlər bağlıdır.