NİYƏ DƏ İMAMCÜMƏNİ QINAMAYASAN?!

BU "MÖMİNİN", O DA HÖKÜMƏT BAŞÇISININ SÖZÜ

Cənab Ələm Əlhüda (Məşhədin İmamcüməsi):

– Xalq yoxsulluğa dözməklə öz nəfsini təmizləyir, daha çox zühuru gözləyir və bu üzdən də daha az günah edəcəklər.

Yaponiyanın Baş naziri Şinzo Abe:

– Yoxsulluq cəmiyyəti dağıdar və məhv edər. Bir yoxsulun cəmiyyətdəki xərci 100 adi adamın xərcinə bərabərdir. Yoxsul adam hər an partlaya biləcək saat bombası kimidir.

Azerbaycan-ruznamesi.org: saytımız yoxsulluqla bağlı iki rəsminin fikirlərini təqdim edir. Biri imamcüməyə, digəri Yaponiya hökümətinə uzun illər rəhbərlik etmiş baş nazirə məxsusdur. Əfsuslar olsun ki, bu imamcümə də yoxsullara dözümdən başqa heç nə vəd etmir. Baş nazir isə hər yoxsula görə hökümətin daşıdığı məsuliyəti bölüşür. İndi siz deyin, bunların hansı humanizmə daha yaxındır?!

S.B.

Şərhlər bağlıdır.