İranın Xuzistan əyalətində su çatışmazlığı səbəbilə baş qaldıran kütləvi etirazlar Cənubi Azərbaycan da daxil olmaqla ölkənin demək olar ki, bütün bölgələrinə yayılıb. Təbrizdə, Ərdəbildə, Urmiyada və digər yerlərdəki etiraz nümayişlərində “Azərbaycan, Ələhvaz!”, “İttihad, ittihad!” şüarları da səsləndiriblər. İranın dini lideri Ayətullah Xamanei ümumxalq etirazlarının qarşısını almaq üçün onları müdafiə edən açıqlama verib və sonra hər kəsi sükunətə çağırıb.
Mövzu ilə bağlı o bildirib ki, İranın Xuzistan vilayətində su problemi ilə bağlı baş verən üsyan ölkənin başqa şəhər və yaşayış məntəqələrində də əks-səda doğurub, o cümlədən Cənubi Azərbaycan şəhərlərində də aksiyalar keçirilib “Bütün bu aksiyalarda məqsəd həm Xuzistanda baş verən hadisələrin, ictimai proseslərin dəstəklənməsi, həm də regionlarda, o cümlədən Cənubi Azərbaycanda su probleminə diqqət çəkməkdir. Bütövlükdə aksiyanın miqyasının genişlənməsi isə dünya ictimaiyyətinin İranda baş verən sosial probleminə diqqət çəkmək məqsədi daşıyır. Cənubi Azərbaycanda su probleminin uzun illərdir mövcud olması, Urmiya gölünün quruması, suyun səviyyəsinin aşağı düşməsi də su probleminin göstəricilərindəndir”.
İctimai fəalların həbs edilməsinin etiraz aksiyalarına güclü təsiri olub “Çünki ictimaiyyət bu yolla qorxudulur, təzyiq edilir və etiraz aksiyasından çəkindirilməyə çalışılır. Amma bununla belə İranın bir çox şəhərlərində, o cümlədən Cənubi Azərbaycanda etiraz aksiyaları keçirilir. Heç şübhəsiz, hakimiyyət təmsilçiləri də problemi həll etməkdənsə etiraz aksiyası iştirakçılarını təqib etmək, onları həbs etməklə məsələni aradan qaldırmağa çalışırlar. Bu prosesin hədəfi siyasi deyil, bu daha çox sosial problemlərin həllidir. Bu, sadəcə olaraq, cəmiyyətin ayıq olduğunun göstəricisidir. Cənubi Azərbaycanda gedən bu prosesin sistemlə bağlılığı olsa da, bu sosial tələblərin hədəfi sosial problemin həllinə yönəlib”.
“Cəmiyyətdə sosial partlayışın daha da böyüməsi ehtimalı var və hakimiyyətin bu sosial partlayışlara davam gətirməməsi perspektivdə sosial problemlərin güc yolu ilə həll edilməsinə səbəb ola bilər. Bu da ölkədə daha ciddi fəsadlara gətirib çıxara bilər. Buna görə də hətta Ayətullah Seyyid Əli Xomeneinin su probleminin həlli ilə bağlı göstəriş verməsi də sübut edir ki, İranda su qıtlığı ilə bağlı məsələ çox ciddi səviyyədədir. Ötən günlərdə İranın bir sıra ictimai xadimlərinin və KİV-in Xuzistanda su qıtlığı olan və hadisə baş verən ərazilərə getməsi də bunu təsdiqləyirdi”.
Şərhlər bağlıdır.