AZƏRBAYCAN TÜRKLƏRİ QARDAŞ ƏRƏB ƏL-ƏHVAZA DƏSTƏK VERDİ

Abdulla Əmir Haşimi Cavanşir
9 mordad 1400-cü il (31 iyul-2021 ci il)

 31 iyulda İsveç ölkəsinin Stokolm şəhərində Azərbaycan türkləri ilə ərəb Əhvazlılar bir araya gəlib İran səfirliyi qarşısında etiraz mitinqi keçirdilər.  Pandemiya dövrünün toplantı qadağalarına baxmayaraq İsveçdə yaşayan bir çox ərəb əhvazlıları Azərbaycn türkləri ilə saat 14-00 dan 16- 00 qədər bir sıra bayraqlar, plakatlarlar, şüarlar və broşuralar daşıyaraq15 iyul İranda yaşayan ərəb əhvazlıların  qiyamına dəstək verərək, İran İslam respublikasının sılahlı qüvvələri və nizam-intizam orqanları vasitəsilə həbs edilənlərin azadlığlarını tələb etdilər və şəhid olanların ailələrinə başsağlığı versilər, mitinqdə Azərbaycan Demokrat Firqəsinin təmsilçiləri iştirak etdilər.

Mitinq facebook və teleqram, yotuub və azqlobal şəbəkələri vasitəsilə bütün dünyaya onlayn şəkildə canlı yayıldı. Mitinqdə müxtəlif ərəb və Azərbaycan təşkilatlarının İranda yaşayan zülm altında olan qeyri fars millətlərin mıədəni, iqtisadi və siyasi cəhətdən basqılara, ayrıseçkiliyə, irqçiliyə, istibdada məruz qalmalarından danışıldı. ərəb təşkilatlarının mənsubları Təmuz adlı 15 iyul qiyamı barədə məlumat verərək bu qiyamda rejim tərəfindən ərəb millətinə silahlı qüvvələrin atəş açmasından, ondan artıq ərəb gəncləri şəhid olmasından və yüzlərlə insan haqsız olaraq həbsə alınmasından söhbət getdi. Təşkilatlar Beynəlxalq insan haqqları orqanlarına müraciət edərək, dərhal məhbusların azadlığını tələb etdilər. eyni zamanda mitinq iştirakçıları təkid etdilər ki, insanlara atəş açanlar mühakimə olunmalı, Əl-Əhvaz ərazisində bəndlərin düzəldilməsi, suyun Əl-Əhvazdan xaricə daşınılması dayandırılsın. Qəsb olunmuş ərazilər və əmlaklar sahiiblərinə qaytaraılsın. İş, siyasi postlar əhvazlılara verilsin. Qaz, neft. Su təbii qaynaqların qarəti dayandırılsın. ərəb kənd, şəhər, coğrafi məkanların keçmiş adları özlərinə qayıtsın. Təhsil sistemi tam ərəb dilində təmin edilsin. Sindikalar, sinfi təşkilatlar, milli və mədəni cəmiyyətlərin, ərəb dilində mətbuat azad olsun, qoyulan qadağalar aradan qaldırılsın. Siyasi məhbuslar azad olunsun. Ərəbləri köçürtmə, yerlərinlərindən didərgi salama projeləri dayandırılsın. Ərəblərə qarşı irqiçilik siyasəti aparanlar cəzalandırılsın. Ərəb Əl-Əhvaz Eko sisteminə vurulan ziyanverici projelər dayandırılsın. Vurulsun ziyanlar həm ödənilsin, sabiq vəziyyət həm də bərpa olunsun. Eyni istəklər Azərbaycan təşkilatları, o cümlədən Azərbaycan Demokrat Firqəsi təmsilçisi tərəfindən mitinqdə səsləndi. 2 mordad Təbriz qiyamındahəbs olunanlarla bərabər bütün Azərbaycan siyasi məhbusların qeyri şərtsiz olunsun.

Həmçinin qeyri fars millətlərin milli zülmə məruz qalmaları şiddətlə pislənildi. Təkid olundu ki, qeyri fars millətləri öz milli hüquqlarını əldə etmiyənədək mübarizəni davam edəcəklər. mitinqdə həmçinin Təbrizdə səslənən şüarlar azadlıq, ədalət milli hökumət, sonra nə şahçiyam nə şeyxi milətçiyəm milətçi. Azərbaycan Əl-Əhvaz itihad, ittihad. Bu günkü mitinq iştirakçıları tərəfindən də səsləndi. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin sədrinin ərəb Əl-Əhvaz Təmuz qiyamına aid bəyanatı  yüksək qiymətləndirdi. Mitinqin sonunda iştirakçılar qeyri fars millətlərin milli zülmdən qurtuluş barədə birgə əməkdaşlıq orqanlarını yaratmaq və birgə mübarizəyə təkid etdilər.

Şərhlər bağlıdır.