FARS ŞOVİNİSTLƏRİ NƏDƏN TÜRKİYƏNİ QISQANIRLAR

Abdulla Əmir Haşimi Cavanşir
 4 şəhrivər 1400-cü il (26 avqust 20121-ci il)

Əziz oxucular, yəqin diqqət etmisiniz fars mətbuatına, təşkilatına, hətta hakimiyyətinə nəzər salanda, onların dosyelərində qonşu qardaş müsəlman Türkiyə ölkəsi və onu idarə edən görkəmli şəxsiyyətlərinə daima xoşagəlməz münasibətləri müşahidə edirik. Baxmayaraq ki, Türkiyə dövləti hər zaman qonşuluq münasibətlərində bütün normalara rəayət etmiş, əlaqələri saxlamaqda təşəbbüslü yanaşmış və iqtisadi, siyasi, diplomatik münasibətlərin qorunmasında xüsusi səylər göstərmişdi. Hətta deyə bilərik bu sahədə İrana və onun vətəndaşlarına fədakarca çoxlu güzəştlərə də getmişdi. Misal üçün şah dövründə İranla əməkdaşlıq müqavilələri, İran İslam Respublikası dövründə isə İranın beynəlxalq yığıncaqlarda  tərəfin tutmuşdur.

Lap götürək İran-İraq 8 il savaş dövründə Türkiyənin geniş miqyasda yardımı olmasaydı İran iqtisadi mühasirədə olduğu bir vaxtda əhalinin hətta talonla ərzaqın əhaliyə çatdırmaqda aciz qalardı. Və yaxud, Amerikanın İrana qarşı sanksiyalarına Türkiyə heç vaxt qoşulmadı. Bu kimi misallardan daha çox gətirə bilərik. Lakin İran mənsubları Türkiyənin güzəştli və insani, qonşuluğa uyğun gözəl davranışlarını nəinki alqışlamır, əksinə daha da aşılayır.

Əlbəttə, İran İslam Respublikasının geridə qalmış daxili və xarici siyasətini nəzərə alsaq, bu məsələnin səbəbi anlaşılar. İran xarici siyasətində qonşu ölkələrə ideloji inqilab sadir edir. Atom bombası əldə etmək cəhdləriylə qonşularda nigarançılıq hissi yaradır. Balistik raketlər istehsal eləməkdəm israrlı olmaqda regionda müharibə təndirini alovlandırmağa çalışır. Bütün böyük ölkələrin paytaxtında cümə namazı qıldırmaq cəhdləri və islamafobiya metodlarını şiddətləndirmək İranın gündəlik siyasətini təşkil edir. Daxili siyasətə gəldikdə İran 42 il inqilabından keçsə də hələ də əhalinin suyun, çörəyin, işığın, qazın, dava-dərman ləvazimatını təmin edə bilməyib ki, heç etməyə qarşıda planı da yoxdur. Elə bu da xalqların vaxtaşırı üsyanına və ölkə daxilində gərginliyinə səbəb olur. Ərəblərin yaşayış yeri Əl-Əhvaz vaxtı ilə Kərxə və Karun çaylarından aşıb-daşan, ondan əmələ gələn kənd təsərüffatı məhsulları bu gün quraqlığa çevrilərək, əhalini içməli suya da möhtac qoyub. Azərbaycanda isə həmin su qıtlığının səbəbindən Urmu dənizi qurumuş, qarşıda böyük bir eko sistem faciəsi gözlənilir.

Biz İranın sənaye və zavod fabrikalarının iflasa uğradığından söhbət açmırıq. Və yaxud, qeyri fars millətlərin təhsil sisteminin yaranmamasından danışmırıq. Partiyaların, qazetlərin, kütləvi informasiyaların qadağan olmalarından biz hələ söz açmırıq. Ancaq sözümüz bundan ibarətdir ki, pis vəziyyətə düşən İran necə Türkiyə dövlətini və onun əhalisini bəyənmir ki, bəyənmir. Gəlin Türkiyənin son 20 illik vəziyyətinə bir qısa nəzər salaq. AKP-nin hakimiyyətə gəlişinin ilk ilində Türkiyə əhalisinin 66 milyon olduğu və hazırda 84 milyon olduğunu nəzərə alsaq ölkənin əhalisinin sayı 30 faiz artmışdı.  Amma əhaliyə verilən servis qat-qat bu rəqəmdən artıqdı. Bu dövrdə ölkənin iqtisadi və sosial infrastrukturunu inkişaf etdirməkdə uğur qazandıran məhz Ərdoğan və onun partiyası olmuşdur.

Rəcəb Tayyib Ərdoğan Türkiyə AKP-nin lideri öz çıxışlarında qeyd edir ki, 2002-ci ildə Türkiyənin iqtisadi artımı 100/1 faizdən  az idi. Ancaq son 19 ildə Türkiyə iqtisadiyyatının orta illik artımı 5/1 dən çox idi. Ölkənin valyuta ehtiyatları da 115 milyard dollara yaxındır. Türkiyənin ixracatı 36 milyard dollardan 200 milyard dollara çatmışdır. 9 milyon yeni iş sahələri açılmışdır. Iqtisadiyyatın ümumi həcmi 228 milyard dollardan 950 milyard dollara çatmışdır. Çox qısa müddətdə Türkiyə iqtisadiyatının bir trilyon dollara çatmasına ümid edilir. Adambaşına düşən gəlir baxımından Türkiyə dünyanın 17-ci böyük iqtisadi gücündən, dünyanın 11-ci böyük iqtisadi gücünə yüksəlib.

Türkiyənin ticarət kəsiri son 10 illiklərdə ilk dəfə 2019-cu ildə artıma çevrildi. Minimum əmək haqqı da 185 lirədən 2825 lirəyə yüksəldi. Sığortalıların sayı 12 milyondan 24 milyona çatdı. Təhsil sahəsində isə Türkiyənin büdcəsinə 10, 3 milyard lirədən 2012 milyard lirəyə çatdı. 693 min müəllim işə götürüldü. Siniflərin sayı 343 mindən 601 minə çatdı. Ölkənin universitetlərinin sayı 76-dan 207 yə və tələbələrin sayı 1 milyon yarımdan 8 milyona qalxdı. Universitetlərin elmi işçiləri 70 mindən 181 minə yüksəldi. Gigiyena sahəsində isə xəstəxanalarda çarpayıların sayı 164 mindən 255 minə çatdı. Müəyyən məqsəd üçün hazırlanmış çarpayıların sayı  19 mindən 164 minə yetişdirildi. 17 şəhər mərkəzi xəstəxana tam yüksək təhcizatla inşa edildi. 13 dənə beynəlxalq xəstəxana da inşa edilməkdədi. Ədalət sahəsində isə məhkəmələrdə hakimlərin, hüquqşünasların sayı 9349-dan 21904 nəfərə çatdı. Sosial xidmət sahəsində isə gənclərin idman və istirahət mərkəzlərinin sayı 1570-dən 3915 yüksəldi. Bələdiyyə kanazalsiya xidmərləri 35 faizdən 90 faizə yüksəldi. 79 əyalət mərkəzində 369 milli park yaradıldı. Nəqliyyat sahəsində isə bu ölkədə otobanlar şəhərlər arası avtomobil yollarının uzunluğu 6101 km-dən 28284 km-ə qədər artırılmışdı. Quru nəqliyyat tunellərinin sayı 83-dən 447-yə və mövcud tunellərin uzunluğu isə 50 km-dən 617 km-ə qədər artıb. Hava limanının sayı 26-dan 56-ya yüksəldi. İl ərzində 90 milyon sərnişin tutumuna malik yeni İstanbul Beynəlxalq hava limanı açıldı. Ölkənin 11 min 590 km dəmir yolu sistemi tamamilə yeniləndi. Müdafiə səneyisi barədə deyə bilərik ki, bu müddət ərzində 325-dən çox hərbi sənaye şəhərciyi və 179 texniki park yaradılmışdır.

Ordunun və onunla əlaqəli sənaye sahələrinin layihələrinin sayı 50-dən 750-yə yüksəldi və büdcənin gəliri 75 milyard dollardan çox oldu. Təbii sərvətlərə gəldikdə isə bu ölkənin meşə sahələri 20 milyon 800 min hektardan, meşə əkilməsi layihələri sahəsində 22 milyon 900 hektara qədər artdı.

Əziz oxucular yuxarı rəqəmlərə qısaca nəzər saldıqda Türkiyənin regionda hərtərəfli qabaqcıl ölkə olduğu və qonşulara hərtərəfli xeyir verdiyini nəzərə alsaq İran rejiminin mənsublarının anti Türkiyə siyasəti və Türkiyəyə qarşı terrorist təşkilatlara yardımlar hansı pis niyyətdən irəli gəldiyini başa düşərik. İndi söz oxucularındı.

 

Şərhlər bağlıdır.