İran rəsmiləri ölkədən sərmayə çıxarışını tez-tez tənqid edirlər. “Təkcə son 10 il ərzində 100 miyard dollara yaxın sərmayə ölkədən çıxarılıb”.
Tehran Ticarət Palatasının İnvestisiya Xidmətləri Mərkəzinin İnvesisiya Xidmətləri Mərkəzinin rəisi Fəryal Mostofi sentyabrın 12-də ölkədən xarici ölkələrə sərmayə axınının sürətlənməsindən danışıb.
O deyib ki, ölkə xarici sərmayəni cəlb etmək əvəzinə daxili sərmayənin digər ölkələrə axını problemi ilə üz-üzə qalıb.
“Təəssüflər olsun ki, son 10 il ərzində 100 milyard dollar sərmayə ölkədən çıxarılıb. İran da dünyanın digər ölkələri kimi iqtisadi baxımdan dirçəlmək və inkişaf etmək üçün xarici sərmayəyə ehtiyacı var.
Elə buna görə də hesab edirəm ki, xarici sərmayələrin cəlb olunması istiqamətində ölkədə münasib şərayit yaradılmalıdır”, – deyə Tehran Ticarət Palatasının İnvestisiya Xidmətləri Mərkəzinin rəisi Fəryal Mostofi bildirib.
Fərya Mostofi ölkədən xarici ölkələrə axan sərmayələrin konkret hansı ölkələrə getdiyini və bunun səbəbini açıqlamayıb.
Xatırladaq ki, azerbaycan-ruznamesi.org Bütöv Azerbaycan Ocaqları-na istinadən Tehran Ticarət Palatasının İnvestisiya Xidmətləri Mərkəzinin rəisi Məsud Xansari bu ilin mart ayında mediaya açıqlamasında son iki ildə ölkədən 100 milyard dollar çıxarıldığını bildirmişdi.
Nazim
Şərhlər bağlıdır.