TALİBAN LİDERİ ÖLDÜRÜLÜB, YA YOX?

İranın “Farsnews” saytı bu barədə məlumat verib. O, bildirib ki,  Əfqanıstanda iqtidara gələn “Taliban” hərəkatının liderlərindən baş nazirin birinci müavini, hərəkatın siyasi ofisinin rəhbəri Əbdülqəni Bəradərin öldürüldüyü xəbəri yayılıb.

Azerbaycan-ruznamesi.org saytın xəbərinə əsasən, Ə.Bəradərin Qətərin xarici işləri naziri ilə görüşə gəlməməsi hər kəsin diqqətini cəlb edib. Bu səbəbdən onun çoxdandır intriqada olduğu söylənilən “Həqqani şəbəkəsi” qrupu tərəfindən qətlə yetirilməsi versiyası yayılıb.

Qrupun nümayəndəsi Məhəmməd Naim isə şayiələri əsassız adlandırıb və Bəradərin sağ olduğunu söyləyib. “Taliban” hətta onun səsyazısı olan bir video yayımlayıb. Lakin sosial şəbəkədə aktiv olan əfqanlar onun görüntülü videosunu tələb ediblər.

“Taliban”ın digər nümayəndəsi Enamulla Səmənqani də parçalanma ilə bağlı gedən söz-söhbəti təkzib edib. “Taliban” vahiddir və rəhbərlik ölkədə dinə xidmət etmək üçün çalışır”-deyə o bildirib.

Xəbərçi

Şərhlər bağlıdır.