İRANIN MÜXTƏLİF HƏBSXANALARINDA MÜƏMMALI ŞƏKİLDƏ HƏYATINI İTİRƏN SİYASİ MƏHBUSLARIN BİR QİSMİ

“Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı sentyabrın 14-də bəyanat yayaraq, İran rəsmilərinin 2010-cu ildən bu yana ölkə zindnlarında müəmmalı şəkildə həyatlarını itirən ən azı 72 siyasi məhbusla bağlı sualları cavabsız qoymasına etiraz bildirib.

Azerbaycan-ruznamesi.org-un yaydığı sənədə əsasən göstərilir ki, İranda siyasi məhbusları həbs edərkən baş verən ölüm halları və məhkumlara işgəncələr verənlərin toxunulmazlığı və onların cəzalanmaqdan qorunması davam edir.

“İran rəsmiləri 2010-cu ilin yanvar ayından bu günə qədər ölkə zindanlarında müəmmalı şəkildə həyatlarını itirən ən azı 72 siyasi məhkumla bağlı verilən suallara cavab verməyiblər.

Bizə isə bir sıra etibarlı mənbmələrdən daxil olan məlumatlara görə, İran həbsxanalarında baş verən bu kimi ölüm halları siyasi məhbuslara qarşı tətbiq edilən işgəncələr, isti silahdan ölümcül istifadə və məmurların gözyaşardıcı qazlardan istifadə etməsi səsəbilə baş verib.

Həmin müddətdə isə bu kimi qətllərə görə, ölkə rəsmilərindən və ya zindan məmurlarından bir nəfər belə məsuliyyətə cəlb edilməyib, sorğu-suala tutulmayıb.

Bu da İran İslam Respublikasının bu kimi qətlləri törədənləri cəzadan qorumaq üçün cəhdini göstərir.

Bir neçə həftə əvvəl isə Tehranın bədnam Evin zindanındakı məmurların siyasi məhkumlara qarşı kobud davranaraq, onları vəhşicəsinə döyüb işgəncələr verməsi ilə bağlı videolar yayıldı. Bu isə bizim İran həbsxanalarındakı ağır və acınacaqlı vəziyyətlə bağlı nigaranlığımızı artırıb”,-deyə “Amnesty İnternational”ın son 10 ildə İran zindnlarında müəmmalı şəkildə həyatlarını itirən ən azı 72 siyasi məhkumla bağlı yaydığı bəyanatında bildirilir.

Şərhlər bağlıdır.