MOLLALARIN TƏHDİDİ-MƏRƏKƏSİ DAVAM EDİR

Azərbaycan Respublikası Milli Məclisi deputatlarına İran İslam Şura Məclisi nümayəndələrinin cavabları:

Bu məlumatlar İSNA – İranian Studedent’s News Agency (Iranlı Tələbə Xəbər Agentliyi) tərəfindən yayımlanıb. Xəbər bütün saytlarda, mətbuat orqanlarında, KİV-də və sosial şəbəkələrdə paylaşılıb. Bu cavablarda  mövqelər müxtəlif və ziddiyyətlidir. Buna baxmayaraq bütövlükdə cəmiyyət üçün maraq doğuracağından yazıları oxucular üçün dərc edirik.

 Azerbaycan-ruznamesi.org

İran İslam Şura Məclisinin bir sıra üzvləri Azərbaycan Respublikası Məclisinin üzvlərinin kobud ifadələrinə reaksiya verdilər.

Iranian Student’s News Agency ISNA-nın(İranlı Tələbə Xəbər Agentliyi) verdiyi məlumata görə, bir neçə gün əvvəl Türkiyənin “Yeni Şafak” qəzetinə verdiyi müsahibədə azərbaycanlı millət vəkili Hüseyn Quliyev İran İslam Respublikasının ərazi bütövlüyünə qarşı kobud ifadələr işlədib və bu söz isə Ayətullah Seyid Həsən Amilinin kəskin reaksiyası ilə qarşılanıb.

Ayətullah Amili sentyabrın 24-də Ərdəbildə cümə namazı xütbələrində bu barədə deyib: “Azərbaycan Respublikası xalqına bildirirəm ki, keçən həftə xütbələrimizdə sizin bəzi nümayəndələriniz “İranı dünya xəritəsindən silib, parçalayıb və hər yerinə türk bayrağı sancarıq” ifadəsini sitat gətirdik. Bu, İran sərhədinin digər tərəfində üç ölkənin manevrləri ilə eyni vaxtda yayımlandı. İndi siz hakim olun və sizcə, ən yaxşı hökm hansıdır? Biz günahkarıq, yoxsa onlar? Biz müdaxilə edirik, yoxsa onlar? Biz ayrılıq istəyirik, yoxsa onlar? Biz təhdid edirik, yoxsa onlar? Sizcə, cavab verməliyik və ya susmalıyıq?

O, əlavə edərək dedi: “Bu söz sizin ölkəniz haqqında söylənilsəydi, susardınız və ya cavab verərdiniz? Biz cavab verdik ki, gücünuz bizə çatmaz, İran şir kimidir. Bu təhqirdirmi? Müdaxilədirmi? Bu təhlükədirmi? Cavab verdilər ki, həmin şirin quyruğunu kəsəcəklər. Bu bir millət vəkilinə yaraşan cavabdırmı?

Ayətullah Amili İrana qarşı mövqe tutmuş bəzi Azərbaycan Respublikasının millət vəkillərinə xitab edərək dedi: “Bizim manevrlərlə, İran yük maşınları məsələsi ilə, Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə işimiz yoxdur, biz yalnız bu bir neçə deputatlardan cavab istəyirik. Həm İranda, həm də Azərbaycanda onlarla səmimi söhbətlər aparmaq istəyirik. Qoy onlar desinlər ki, İrandan hansı pisliyi görüblər ki, İranı xəritədən sılmək istəyirlər. Bizdən nə pislik görüblər ki, üç ilə ölkəmizi parçalayıb və bütün İranda Türk bayrağını qaldırmaq istəyirlər? Bilmək istəyirəm ki, millətimiz, hökumətimiz və ölkəmiz hansı günah işləyib ki, yer üzündən silinsin?

Bu gün İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də demişdir: “Bu gün heç bir xarici quldur qüvvə İrana təcavüz etməyi belə xəyalından keçirə bilməz. İran İslam Respublikası dünyanın ən güclü hərbi qüvvələrindən birinə malikdir və onun müdafiə qabiliyyəti hər hansı bir xarici təhdidin qarşısını almaq və ona qarşı durmaq üçün hesablanıb. İranın hərbi gücü bölgənin, dünyanın və bütün dost və müsəlman ölkələrində sülhə və sabitliyə xidmət edir. İranın əsl gücü fədakarlıq ruhundan və xalqının fədakarlığından və birliyindən qaynaqlanır.

İran İslam Şura Məclisinin vəkilləri Azərbaycan millət vəkillərinin kobud ifadələrinə öz şəxsi Twitter səhifələrində aşağıda oxuya biləcəyiniz cavabları verdilər:


İslam Şura Məclisi sədrinin müavini Əli Nikzad:

“Bəzilərinə deyirəm ki, Amerikaya və sionizmə güvənən liderlərin taleyini bilmək üçün bir az müasir tarixi oxuyun.

Macəra arzusuna düşənlər bilsin ki, biz tariximizə və kimliyimizə çox bağlıyıq. Bilin ki, biz azərbaycanlılar bütünlüklə İslam İnqilabının Ali Rəhbərinin əmrinə tabeyik”.

 

Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Mahmud Abbaszadə Meşkini:

“Qonşularımızla əlaqələri gücləndirmək və yaxşılaşdırmaq xarici siyasətdə prioritetlərimizdən biridir. Azərbaycan Respublikası da daxil olmaqla qonşularımızla münasibətlərdə gərginlik yaratmaq, sionist rejimin başçılıq etdiyi düşmənlərimizin arzusudur. Qəsdən və ya istənilmədən hər hansı bir gərgin davranış, mövqe və hərəkət düşmən meydanında oynamaq anlamına gəlir”.

Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Seyid Əli Ağazadə:

“İslam Respublikasının təmkinli yanaşması əxlaqsız insanların əxlaqsızlığı ilə razılaşmaq anlamına gəlmir. Azərbaycan Respublikası İslam Respublikası ilə yaxşı qonşuluq haqqında düşünməli və ən qısa zamanda davranışlarını düzəltməlidir. İran milli təhlükəsizliyə qarşı hər hansı bir addıma əlbəttə ki, layiqli cavab verəcək.”

 

Xalxaldan deputat Seyid Qəni Nəzəri:

“Qonşu ölkələrin bəzi siyasi rəsmilərinin təhqiramiz bəyanatlarına ciddi yanaşmayın; Bu böyük ölkəni işğal etməyə nə gücləri, nə də cəsarətləri var.
Onlara cavab olaraq deyilməlidir:

“Ey milçək, Simurğun uçduğu səma sənin cövlangahın ola bilməz,
Vaxtınızı boşuna xərcləyib bizi narahat edirsiniz”

 

Rəştdən deputat Məhəmməd Rza Əhmədi:

“Görünür, Bakının başçıları yuxuda və türk dopinqi ilə qazanılan qələbələr illüziyası altındadırlar. Kiçik ölkəniz parlamentimizin ən gənc deputatının yaşından daha az yaşa malikdir, ona görə də Simurğun meydanında dayanmayın …”


Germi deputatı Vəli İsmaili:

“Azərbaycanlı millət vəkilləri bilməlidirlər ki, bura İrandır …

İran ərazisinin şirləri 8 ildən çox 24 ölkə ilə döyüşdü; 300 mindən çox şəhid verdilər və bir qarış torpaq belə vermədilər. Tarix şahiddir torpaq yemişik, amma torpaq verməmişik.

Aslanın quyruğu ilə oynamağın kompensasiya edilməz nəticələri olacaq”.


Tehran deputatı Əhməd Naderi:

“Bu neçənci dəfədir ki, Bakının parlamentinin bir çox deputatı havalanıb, hədlərini aşıb və çox danışırlar. İranın səbrini böyük bir işarə hesab edin. Yaxşı qonşuluq münasibəti saxlamaq dost və qonşu ölkələrin borcudur. “Əks halda, əl qola birləşəcək.”

İstinadlar:
İSNAİranian Studedent’s News Agency (Iranlı Tələbə Xəbər Agentliyi)

Şərhlər bağlıdır.