Şahin Bağırov,
Fəlsəfə üzrə fəlsəfə doktoru
“Birmənalı olaraq başa düşülməlidir ki, İran heç vaxt Azərbaycanla silah dili ilə danışmaz. Hətta zərurət belə, meydana çıxsa da… Məsələləri çox şişirdirik! Amma proseslərdə “xox gəlmə” imitasiyası istisnasızdı. Bunun da müxtəlif səbəbləri var. Lakin bu səbəblər sırasında heç də Azərbaycanı “qorxutmaq” niyyəti əsas məsələ deyil. Azərbaycan – Türkiyə – Pakistan triosunun bəlli hədəfləri olduğu halda, bəs İranın əsassız əndişələri nədən qaynaqlana bilər axı? Məlum trionun hədəflədiyi ölkənin Rusiya olduğu kimsədə şübhə yeri qoymur (qismən Fransa, Yunanıstan da ehtimal olunur). Çünki regionda bu dövlətin ən azından Qarabağ probleminin tamamilə həll olunmaması üçün müdhiş müdaxiləsi mövcuddur. İstər Cənubi Qafqazda, istərsə də Ukrayna ilə ilgili münaqişələrdə Türkiyənin artan müdaxiləsi Rusiyanın tərəfdaşlar aramağını labüd edir. Əlbəttə, İranın geosiyasi və regional maraqları mövcud şəraitdə Rusiyayla uzlaşır və bu səbəbdən Rusiya – İran – (Ermənistan) şər üçbucağının formalaşmasına rəvac verilir. Əlbəttə, Rusiyanın dominantlığıyla! Bu konfiqurasiyanın güclənməsi İran üçün də həyati əhəmiyyət kəsb edir.
Odur ki, son İran – Azərbaycan olaylarında da Rusiya izini görməmək siyasi korluq olardı. Necə ki, bu izləri 44 günlük müharibədən sonra Azərbaycan – Ermənistan arasında cərəyan edən proseslərdə də müşahidə etmək mümkündür. Sadəcə olaraq, İranın son hərəkətlərini Rusiya tərəfdə inam və etibar qazanmaq riskləri üçün nəzərdə tutulan addımlardan hesab etmək olar. Belə nəticəyə gəlmək mümkündür ki, İranı oynadan Rusiyadır və İranın bu oyunları oynaması da qaçılmazdır. Amma təhlükəli ola bilməz, çünki İranda yaşayan 40 milyona yaxın azərbaycanlı şirin quyruğu yox, elə özüdür !”
Şərhlər bağlıdır.