Adlı-sanlı SEPAH üzvləri qarətdə təqsirləndirilərək saxlanılıblar.
Azerbaycan-ruznamesi.org konkret.az-a istinadən İran mediasına istinadən xəbər verir ki, İranın ərəblər yaşayan Xuzistan əyalətində iki SEPAH əsgəri yerli camaat və polis tərəfindən yaxalanıb.
Sərhədlərimizdə bizə təhdid yağdıran SEPAH-ın əsgərləri göreşənlik edirlərmiş. Köhnə qəbirləri eşib əntiq əşyalar çıxarıb xaricdə satırmışlar.
SEPAH əsgərlərinin bu əməlləri öz səhvləri nəticəsində üzə çıxıb.
Belə ki, onlar yerli antikvar alverçilərini təhdid ediblər. SEPAH üzvü olduqlarına çox güvəndikləri üçün antikvar alverçilərinin əlindəki əşyalara da yiyələnmək istəyiblər.
Antikvarçılar isə yerli camaatı və polisləri bu işə cəlb etməklə SEPAH-ın oğru dəstəsini ifşa ediblər.
Şərhlər bağlıdır.