TARİXİ ŞAH ABBAS KARVANSARASI ÜMUMDÜNYA ƏSƏRLƏR SİYAHISINA SALINACAQ

Nir mahalında yerləşən tarixi Şah Abbas karvansarası ümumdünya mədəni irs siyahısına salına bilər.

Bu barədə Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının başçısı Nadir Fəllahi açıqlama verib.

N.Fəllahi tarixi abidə ilə bağlı lazim olan sənədlərin toplanılaraq UNESCO-a göndərildiyini bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda UNESCO nümayəndələri abidəni dəyərləndirmək üçün bölgəyə səfər edəcək.

“UNESCO-nun nümayəndələri Misir və Türkiyədəki abidələrə baxış keçirdikdən sonra Ərdəbilə səfər edib və möhtəşəm Sayın tarixi

karvansarasını ziyarət edəcəklər”,- deyə Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının başçısı bildirib.

Nadir Fəllahi adı çəkilən karvansaranın Ərdəbil əyalətinin ən önəmli abidələrindən biri, ümumdünya mədəni irs siyahısına salınması üçün qeydiyyata alınmış ikinci abidə olduğunu söyləyib.

“Karvansara Səfəvilər dövründə İpək Yolu üzərində Avropadan-Çinə gedən ticarət karvanlarının təhlükəsizliyi sahəsində əhəmiyyətli rola malik olub.

Bu əhəmiyyəti nəzərə alaraq UNESKO tərəfindən qeydiyyata alınması üçün təklif olunub”, – deyə Fəllahi abidənin ümumdünya mədəni irs siyahısına salınacağına əmin olduğunu açıqlayıb.

Qeyd edək ki, “Sayın” karvansarayı Ərdəbil əyalətində, Nir-Sarab yolunun üstündə və Nir şəhərinin 10 kilometrliyində yerləşir.

Abidə 1983-cü ildə 1653 qeydiyyan nömrəsi ilə İranın mədəni is siyahısına salınıb.

Qeyd edək ki, bu günə qədər Ərdəbil əyalətində olan çox saylı tarixi əsərlərdən 1200 əsər rəsmi olaraq qeydiyyata alınıb.

Tarixçi

 

 

Şərhlər bağlıdır.