REJİMƏ XƏBƏRDARLIQ ŞİLLƏSİ

Ostandar farsca danışdı-döyüldü!

Təbrizin yeni ostandarının təqdimat mərasimində farsca çıxış edib və döyülüb.

Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, təqdimat mərasimində yeni ostandar Zeynalabdin Rezəvi Xürrəm çıxış üçün kürsüyə çıxıb. Rezəvi fars dilində etdiyi çıxış üçün etiraz başlayıb, daha sonra Təbriz sakini kürsüyə yaxınlaşaraq, qəfildən onun qulağının dibinə şillə ilişdirib.

Hüquq-mühafizə orqanı əməkdaşları hadisəyə müdaxilə ediblər.

Sosial şəbəkələrdə yayılan videoya görə hadisəni sizə təqdim edirik.

Şərqi Azərbaycan əyalətinə yeni təyin olunan ostandar Rezəvini farsca çıxış etməyə başlayarkən qəfildən şillə ilə vuran şəxs İran İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Əlizadədir.

Hadisə baş verən zaman İranın daxili işlər naziri Əhməd Vahidi də salonda olub.

Qeyd edək ki, Rezəvi də İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalıdır.

 

Bizim qeyd

Bu təxribatdır. Sillə bütün elitaya vurulmalıdır ki, bir ostandar təyin etməyə də gücü  çatmır. Artıq Azərbaycanda nə nazir, nə də öz ostanlarına ostandar olmağa layiq olan şəxs yoxdur.   Nə Qərbi, nə də Şərqi Azərbaycan ostanlarına azərbaycanlı təyin edilməyib. Ərdəbil ostanının valisinin haralı olduğunu dəqiq bilmirik. Kürd olduğu söylənilir. Azərbaycan elitasaının utancverici günüdür bu günlər. Çünki prezident guya deputatlarla məsləhətləşəndən sonra ostandarı təyin edir. Diqqəti çəkən məqam ondan ibarətdir ki, valiyə şillə vuran şəxs sepahdandır (pastardır). Sepahdan olan azərbaycanlıdır. (pastar)

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.