İranın Hörmüzqan əyalətində zəlzələ baş verib. Zəlzələ zamanı xəsarət alanların sayı artıb.
Bender-Abbasda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 70 nəfərə çatıb, bir nəfər həlak olub. Bu barədə İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfar bildirib. O deyib ki, təbii hadisə zamanı xəsarət alanlardan 22-si xəstəxanaya yerləşdirilib və hazırda tibb müəssisələrindədirlər. Zəlzələ zamanı 1 nəfər həlak olub.
Məlumata görə, 6,3 maqnitudalıq (bəzi mənbələrə görə 6,5-red) yeraltı zəlzələnin episentri 352 minə yaxın insanın yaşadığı liman şəhəri Bender-Abbasdan 59 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Bu, ötən gün ərzində qeydə alınan ikinci zəlzələ qeydə alınıb.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.