Ərdəbil Korpusunun keçmiş kəşfiyyat rəisinin müavini polkovnik Rezai “Amerikanın Səsi”nə müsahibəsində birçox sirli mətləblərə aydınlıq gətirib. O, deyib:
-Azərbaycan və İran arasında neft mübadiləsi sazişinə əsasən, İran daxili istehlak üçün Astarada Azərbaycandan neft almalı idi.
Digər tərəfdən, neft Təbrizdən Naxçıvana göndərilməli idi. Ərdəbilin o vaxtkı qubernatoru Əhmədinejad Kərim Fəthi və Sadiq Məhsuli ilə əməkdaşlıq edərək Astarada aldıqları neft məhsullarını daxili istehlak üçün deyil, qaçaqmalçılıq yolu ilə Ermənistana keçirib, bununla da böyük sərvət əldə ediblər. Bu da Azərbaycanda narazılıq yaratmışdı.
İran İslam İnqilabı Keşikçiləri Korpusu Qarabağın işğal olunmuş ərazisinin 5 kilometrliyində Xodafərin bəndinin tikintisi bəhanəsi ilə özünə baza tikib, ondan silah və narkotik qaçaqmalçılığı üçün istifadə edib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu əraziyə çatanda İran Azərbaycan Ordusunun bazanı boşaltmasına imkan verməmək üçün onun irəliləməsinin qarşısını aldı. Təkfirçilərin olması ilə bağlı söz-söhbətlər də Azərbaycan Ordusu ilə münaqişə vəziyyətində bu şayiədən istifadə edərək ictimai rəyi inandırmaq üçün yaradılıb. (Azərbaycan İranla birbaşa qarşıdurmadan qaçmaq üçün irəliləməyə davam etdi.)
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycandakı Kəşfiyyat İdarəsinin rəis müavini “Azərbaycanın Müdafiəçiləri” adlı qüvvə yaradıb. Bu qrupdakı bəzi təqaüdçü SEPAH agentləri, məsələn, separatizmə qarşı mübarizə aparmaq üçün Kərim Fəthinin (korrupsioner SEPAH komandirlərindən biri) komandanlığı altında toplanıb.
Senaryonun aparıcısı Mehdi Fəlahati ən demokratları belə olduğunu iddia etsə də bir daha Azərbaycan və Türklərlə düşmənçilik etməkdə sübut etdi ki qonu Türklər olunca Hamısı bir Çatı Altında birləşirlər.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.