Nigeriyada “Boko Haram” terror təşkilatının 14 500-dən çox üzvü könüllü təslim olub.
Azerbaycan–ruznamesi.org xəbər verir ki, bu barədə Nigeriya prezidentinin sözçüsü Qarba Şehu məlumat yayıb.
O bildirib ki, ölkə son dövrlərdə terror təşkilatları ilə mübarizədə böyük uğur qazanıb: “Son statistikalar 14 500-dən çox “Boko Haram” üzvünün könüllü təslim olduğunu göstərir. Ölkədə əldə edilən irəliləyişlər inkar edilə bilməz. Artan cinayət və etibarsızlıq qarşısında hökumət yeni icma polisi təşəbbüsü başladıb”.
Şərhlər bağlıdır.