İRAN TARİXİNDƏ HƏM ACI, HƏM ŞİRİN İZİ OLAN AZƏR AYI

“Azad İran” bu dövr haqqında məlumat verərkən yazır: belə ki, bu izlərin, necə deyərlər, şirini də var, acısı da.

Məhz bu ayda – 1945-ci il dekabrın 12-də və ya azər ayının 21-də Təbrizdə Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Azərbaycan Demokrat Firqəsi tərəfindən Milli Hökumət qurulub, az bir müddətdə Güney Azərbaycan türklərinin milli varlığı və kimliyinin təsdiqi yönündə misilsiz işlər görülüb.

Düz bir il sonra 1946-cı il dekabrın 13-də xarici qüvvələr tərəfindən dəstəklənən İran ordusunun hücumu nəticəsində milli hökumət süqut edib və Tehranın göstərişi ilə təkcə demokrat firqəsinin üzvlərinə qarşı deyil, bütövlükdə Güney Azərbaycan əhalisinə qarşı görünməmiş vəhşiliklər törədilib.

Minlərlə insan edam edilib. Onminlərlə insan yurd-yuvasını təkr etmək məcburiyyətində qalıb.

Bu amansızlıq və qəddarlığın canlı şahidi olmuş məşhur Amerika hüquqşünası, siyasətçi və səyyah Uilyam Duqlas 1950-ci ildə nəşr edilən “Qəribə ölkələr və mehriban insanlar” adlı kitabında İran ordusunun özünü əsl işğalçı kimi apardığını vurğulayıb və ona baxanda rus ordusunun necə deyərlər qat-qat şükürlü olduğunu qeyd edib.

Bir illik hakimiyyət haqqında video təqdim olunur.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.