20 Yanvar qırğını dünyanın əksər guşələrində böyük hüzn və ehtiramla yad edildi. Yanvarın 19-da Diaspora Komitəsinin təşkilatçılığı ilə 200-dən çox xaricdə yaşayan azərbaycanlılar ibarət qurumların iştirakı ilə keçirilən tədbir qitələri əhatə etmək baxımından mühüm hadisəyə çevrildi.
Anım günündə İsveçdə yaşayan soydaşlarımızın Qarabağ Kültür Cəmiyyətinin də nümayəndələri müzakirələrdə fəal iştirak ediblər. Onlar Zoom vasitəsilə 20 Yanvar faciəsinə münasibətlərini bildiriblər.
Tədbiri komitə məsullarından olan İrşad Əliyev aparıb. İştirakçılar faciə qurbanlarının xatirəsini anarkən, onu törədən rus-erməni birliklərini qınayıblar.
Tədbirdə müxtəlif sujetlərin nümayiş etdirilməsi bu faciəni törədənlərin mahiyyətini açıqlayıb, mərasimə xüsusi hüzn təəssüratı bağışlayıb.
Təşkilatın məsullarından olan Abdulla Cavanşir Haşimi də tədbirdə fəal iştirak edib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.