FEVRALIN 21-İ MÖHTƏŞƏM TƏDBİR QEYD OLUNDU
KONFRANSDA BEYNƏLXALQ ANA DİLİNDƏN VƏ 75 İL GENOSİDƏ MƏRUZ QALMIŞ TÜRK DİLİNDƏN SÖHBƏT AÇILDI
Azərbaycan Demokrat Firqəsinin təşkilatçılığı ilə 20 fevral 2022-ci ildə Clubhouse vasitəsilə Beynəlxalq ana dili günü və 75 il genosidə məruz qalmış türk dilimiz adlı konfrans baş tutdu.
Tədbir Təbriz vaxtı ilə saat 19-30-da başlayaraq 3 saat yarım davam etdi. Konfrans Rəhim bəy Şahbazinin adminliyi ilə keçirildi. Əvvəl Azərbaycan Demokrat Firqəsinin milli himni səsləndi. Həmin himn canlı surətdə İsmayıl müəllim vasitəsilə oxundu.
Sonra Azərbaycan Demokrat Firqəsinin beynəlxalq əlaqələr məsulu Abdulla Əmir Haşımi Cavanşir otağın məruzəçisi doktor Məhəmməd Rza Bağban Kərimini, eyni zamanda Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadəni, ADF-nin Mərkəzi Komitəsinin üzvləri Səriyyə Ərdəbilini və Pərviz Kazımini konfrans iştirakçılarına təqdim etdi.
Səriyə Ərdəbili çıxışında məruzəçinin-doktor Bağbanın bioqrafiyasını iştiraçıların nəzərinə çatdırdı.
Doktor Bağban beynəlxalq ana dili günü barədə çox dolğun, məzmunlu, ətraflı söhbət açaraq, ana dilinin əhəmiyyəti və onun beynəlxalq qurumlarda statusu, BMT-nin ana dili gününə verdiyi qiymət barədə məzmunlu çıxış etdi. Məruzəçinin ana dilimiz olan Azərbaycan türkcəsi barədə hərtərəfli söhbət açdı, dünya dilləri içərisində daha zəngin dillərdən biri, qaydalı-qanunlu dil olduğunu nəzərə çatdırdı və onun digər xüsusiyyətlərindən danışdı.
Doktor Bağban Azərbaycan Milli Hökuməti dövründə ana dilimizin rəsmi dövlət dili statusu alması, həmin dövrdə cəmiyyətimizin inkişafında apardığı rol və təsirindən danışdı. O, xalqımızın hərtərəfli inkişafında, xüsusən milli demokratik ədəbiyyatının yaradllmasından faktlar gətirdi. Doktor Bağban Milli Hökumətdən sonra dilimizin nə qədər yasaq və basqılara məruz qalmasından da söhbət açdı.
Çıxışçımız dolğun, məzmunlu söhbətlərində dili bir qatarın lokomotivinə bənzədərək, onun hər bir vaqonunda, hər millətin xəzinələri, o cümlədən, mədəniyyəti, iqtisadiyyatı, texnologiyası, maddi və mənəvi durumu, yeraltı-yerüstü sərvətinin, elmi, tarixi, dini strukturlarının xəzinələri kimi təşbih etdi.
Otağın iştirakçıları müxtəlif suallarla doktor Bağbana müraciətlər ünvanladılar, çox qaneedici cavablar əldə etdilər. Onlar müxtəlif faktlarla 75 ildə ana dilimizə qarşı senzuralardan, qadağalardan, dilimizdə çap olan kitabların yandırılmasından, ana dilimizin tərəfdarı olan insanların həbsə, cəriməyə məruz qalmalarından bir çoxlu faktlar gətirdilər.
3 saat yarım davam edən konfrans otaq iştirakçılarının razılıq əlaməti olan alqışları ilə başa çatdı.
Canlı seminar Milli Hökumətin himni ilə başlayıb Azərbaycan Respublikasının himni ilə yekunlaşdı.
Konfrans raportunu hazırlayan: Beyrək
Şərhlər bağlıdır.