ZƏNCAN-QƏZVİN YOLUNDA AĞIR YOL-NƏQLİYYAT QƏZASI BAŞ VERİB

Bu barədə Zəncan əyaləti Qızıl Aypara Cəmiyyətinin başçısı Qasım Musəvinin mediaya verdiyi açıqlamada bildirilib.

Azerbaycan-ruznamesi.org Təbriz Turan TV-yə istinadən xəbər verir ki, Musəvi 9 minik avtomobilinin toqquşduğu zəncirvari qəzada 36 nəfərin yaralandığını, onlardan 8 nəfərinin amblatur müalicədən sonra evə buraxıldığını, 28 nəfərin isə xəstəxanalara yerləşdirildiyini deyib.

Zəncan əyalətinin Yol Polisi İdarəsinin rəis müavini polkovnik Mehdi Minaxani Zəncan-Qəzvin magistral yolunun ən çox qəzaların baş verdiyi yol olduğu barədə xəbərdarlıq etmişdi.

Onun sözlərinə görə, son bir neçə ay ərzində Zəncan əyalətində yol qəzaları nəticəsində həyatını itirən 237 nəfərin çoxu Zəncan-Qəzvin magistralında qeyri-standart yolun qurbanı olub.

Şərhlər bağlıdır.