RUSİYANIN İRANDAKI ERMƏNİ SƏFİRİ NİYƏ ƏRKÖYÜNLÜK EDİR?

Son aylar İran ictimaiyyətinin ən çox müzakirə etdiyi, fikir bildirdiyi məsələlərdən biri də İran-Rusiya münasibətləri, ölkənin getdikcə Rusiyadan daha çox asılı vəziyyətə düşməsi ilə yanaşı, həm də Rusiyanın İrandakı erməni əsilli səfiri Levan Caqaryanın diplomatik etiketə qətiyyən uyğun gəlməyən hərəkətləri və açıqlamalarıdır.

Azerbaycanruznamesi.org “Azad İran”ın “YouTube” kanalının yaydığı məlumatı işıqlandırıb.

Maraqlıdır ki, 10 ildən artıq bir müddətdə Rusiya Federasiyasını Tehranda təmsil edən Caqaryan yalnız son bir ildə əndazəni aşan davranışları ilə gündəmə gəlib.

Sözün əsl mənasında ərköyünlük və ya meydan sulamaq kimi qiymətləndirilə bilən bu davranışa İran hakimiyyəti göz yumsa da bəzi mətbuat orqanları və ayrı-ayrı ictimai şəxslər tənqidi münasibətini ifadə edib.

Şərhlər bağlıdır.