VAŞİNQTONDA DAHA BİR UYDURMA ERMƏNİ SOYQIRIMINA QARŞI MİTİNQ
OXUCUYA CAVAB: FİRQƏ XARİCİ ÖLKƏLƏRDƏ DƏ FƏALİYYƏT GÖSTƏRİR
Aprelin 24-də ermənilər yenə qondarma soyqırımını əllərində bəhanə edərək mitinq keçirdilər. Azərbaycanlılar da bunun yalandan başqa heç nə olmadığını bir daha təsdiqləmək üçün özləri mitinqə çıxdılar.
Azərbaycan Demokrat Firqəsi bu dəfə də mübarizə bayrağını başları üzərinə qaldıraraq onlara qarşı etirazlarını bildirdilər.
Bu görüntülər lentə alınaraq müxtəlif ölkələrdə geniş şəkildə yayıldı. Firqə üzvü Səriyyə Ərdəbili mitinqdə iştirak edənlərin hər birinə təşəkkürünü bildirdi. Muhammad Fateh onlara “Yorulmayasınız!” dedi. Ənuşirəvan Qazipur isə sual verdi: “Əzizlərim, ADF xaricdə fəaliyyət göstərirmi?” Biz isə konkret cavab veririk: “Bəli göstərir, onun ən güclü təşkilatları sırasında bir çox Avropa dövlətləri və ABŞ vardır. Biz sizi, Vətən mübarizlərini təşkilatımızın ətrafında sıx birləşməyə çağırırıq!”
Rəhim Hüseynzadə,
Azərbaycan Demokrat Firqəsinin sədri
Şərhlər bağlıdır.