İran “Ancelina Coli”sini 10 illiyə həbsə göndərdi 7 gün sonra isə azadlığa buraxmağa məcbur oldular

İranın tanınmış bloqeri Fatimə Hişvəndi 10 il müddətinə həbsxanaya salınıb. Bu qız özünü Ancelina Coliyə bənzətmək üçün dəfələrlə estetik əməliyyatlar keçirib. Belə nisbi bənzərliyə görə də ölkədə geniş tanınır.

“Pravda.ru”nun yazdığına görə məhkəmə onu instagramda oxşar fotosunu yayımladığına, qeyri-qanuni gəlirlər əldə etdiyinə, korrupsiyaya təhrikə görə cəzalandırıb.

Hişvənd əvvəllər makiyajın köməyi ilə prsktik olaraq Hollivud ulduzunun görkəmini ala bilmişdir.

Hökmdən bir neçə gün sonra məhkumu ictimaiyyətin və KİV-lərin təzyiqi nəticəsində həbsdən buraxmağa məcbur olublar.

Amma əvəzində valideynləri girov qoymaq məcburiyyətində qalıblar.

Şərhlər bağlıdır.