Tailandda filləri maska daşımağa vadar edirlər

Tailandda filləri maska daşımağa vadar edirlər Koronavirus dövrünün qeyri-adi surprizlərindən birinə Tailandda imza atılıb. Əvvəllər ənənəvi Santa-Klaus libasında məktəblilər və turistlər önünə çıxarılan nəhənglər indi üstəlik maska daşımaq məcburiyyətindədilər. Xamutların köməyi ilə gəzdirilən çantalardakı hədiyyələri uşaqlara verərkən maskalardan qoruyucu vasitə kimi istifadə olunur. İnformasiya vasitələri Ayuttxay məktəbində belə görüntünün izləndiyi barədə xəbərləri yayımlayıblar. Fantastik ssenari hamını heyrətə gətirib.  Fəqət təbiət fəalları buna başqa cür reaksiya veriblər və Fil Sarayını tənqid atəşinə tutublar.

Şərhlər bağlıdır.