Marağa şəhərinin bələdiyyə başqanı həbs olunub

O, korrupsiyada ittiham edilir

Farsnews xəbər agentliyi Şərqi Azərbaycan vilayətinin Marağa şəhərinin bələdiyyə başqanının korrupsiya ittihamı ilə həbs olunduğunu bildirir. Bu əməliyyatı vilayətin kəşfiyyat idarəsi həyata keçirib. Məlumatda deyilir ki, Şərqi Azərbaycan məhkəmə sistemində ona qarşı iş açılıb.

Xəbərdə bu işlə bağlı digər şəxslərin də həbs oluna biləcəyi ehtimal edilir. Məhəmmədrza Əhmədi 2016-cı ilin noyabr ayında Marağa şəhər məclisi tərəfindən bələdiyyə başçısı seçilmişdi.

Marağa bələdiyyə başçısının bazar günündən bəri iş yerində hazır olmadığı və onun vəzifələrini müavini yerinə yetirdiyini bildirilir. Bununla belə şəhər məclisinə müvafiq qurumlardan heç bir məktub gəlmədiyini vurğulayıb.

Marağa şəhərinin meri də bu haqda heç bir məlumatının olmadığını bildirib.

Son illərdə İranda şəhər məclisləri və bələdiyyə rəsmiləri arasında rüşvət və korrupsiya və bu qurumların üzvlərinin həbs edilməsi ilə bağlı xəbərlər mütamadi yayınlanmaqdadır.

 

 

Şərhlər bağlıdır.