- Mitinqlərdə iştirakına örə 4 il həbs cəzasına məhkum edildi
İranın Urmiyə şəhərində yaşayan azərbaycanlı fəal Salar Tahir Əfşar 4 il həbs cəzasına məhkum edilib. Əldə olunan məlumata görə, onun işinə İnqilab Məhkəməsinin 2-ci şöbəsində baxılıb. Ona verilən hökm barədə şifahi olaraq deyilib.
Fəal “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” və “qanunsuz etiraz aksiyası təşkil etmək”də ittiham edilib.
Salar Tahir Əfşardan məhkəmə tərəfindən aldığı çağırışa əsasən dekabrın 14-də Urmiyə İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməsi tələb olunmuşdu.
Urmiyəli fəal iyulun 16-da İran Azərbaycanında Ermənistan-Azərbaycan Tovuz sərhədində baş verən toqquşmadan sonra Azərbaycan Respublikası və ordusuna dəstək məqsədi ilə keçirilən mitinqlərlə əlaqədar Urmiyədə saxlanılmış və bir neçə gün sonra 50 milyon tümənlik girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.
- DİGƏRLƏRİ VƏSF EDİR
Azərbaycan xalqı, onun müzəffər ordusu Qarabağda torpaqlarımızı erməni işğalçılarından azad etmək uğrunda döyüşlərə atılanda dünyanın bir çox yerlərində bizlərə qəhrəmanlıq nəğmələri də dəstək oldu. Sizə təqdim edəcəyimiz “Qarabağ” mahnısının şövqlə oxunması da bu həmrəyliyin musiqi dili ilə vəsfi oldu.
Şərhlər bağlıdır.