Ərdəbil Əyalətinin Təbii Sərvətləri Mühafizə Birliyinin yaydığı məlumatda əyalətin üç yanğınsöndürmə və xilasetmə qrupunun hazır vəziyyətə gətirildiyi bildirilib. Bu barədə davam.az saytında informasiya yayımlanıb. Məlumatda göstərilir ki, ehtiyac yaranarsa onlar Heyran gədiyində dayanan Gilan əyalət yanğınsöndürmə və xilasetmə qruplarına qoşulacaqlar.
Məlumata görə, yanğın Azərbaycan Respublikasının sərhədd zolağına yaxın Ağçay meşəsində başlayıb.
Gilanın Böhranı İdarəetmə Təşkilatının baş direktoru Azərbaycan Respublikasının meşələrində baş verən dəhşətli yanğının Gilan meşələrinə yayılma ehtimalının yüksək olduğunu deyib.
Şərhlər bağlıdır.