MİLLİ POEZİYAMIZIN MƏDİNƏ GÜLGÜN ZİRVƏSİ
BU GÜN ŞAİRƏNİN 95 İLLİK YUBİLEYİDİR BU GÜN ŞAİRƏNİN 95 İLLİK YUBİLEYİDİR
Milli mətbuatımızı bəşəri nümunələrlə zənginləşməsinə şairələrimiz də zaman-zaman tövhələrini veriblər. Lakin zirvələrlə bir sırada dayanmaq xoşbəxtliyi heç də hər kəsin tale qismətinə nəsib olmayıb. 1926-cı il yanvarın 17-də Bakıda dünyaya göz açan, mənalı və nəsillərə örnək ömür yolu keçən, o taylı-bu taylı ədəbiyyatımızın fəxrlərindən sayılan, 30 ildən bəri paytaxtımızın fəxri xiyabandakı məzarı ziyarət edilən Mədinə Nəsrulla qızı Ələkbərzadə (Mədinə Gülgün) də barmaqla sayılacaq qədər belə xoşbəxt sənətkarlarımızdandır.
Görkəmli şairə, mübariz insan, həyatının sonunadək Azərbaycan Demokrat Firqəsinin amallarına sadiq qalan, ən başlıcası ömür-gün yoldaşı, milli poeziyamızın zirvələrindən sayılan xalq şairi Balaş Azəroğlunun İlham mənbələrindən olan Mədinə xanım yaddaşlarda belə duyğularla qalmaqdadır.
Sənətkarın şeirləri 1945-46-cı illərin 21 Azər hərakatının beşiyi sayılan Təbrizdə necə maraqla qarşılanırdısa Vətənin mühacirət adında ünvanında bir elə rəğbətlə dinlənilir, mütaliə edilirdi.
Məsləkdaşımızn şeirlərini söz sənəti sahiblərinin poetik nümunələrindən fərqləndirən başlıca cəhət həmin misraların daxilindəki bir lirika idi ki, bunların əksəriyyətinə mahnı bəstələmək o qədər də çətin iş sayılmırdı. Müğənnilərin isə məlahətli, həzin səsləri həmin təranələrə papulyarlıq qazandırırdı. Şairənin əməkdar incəsənət xadimi adına layiq görülməsi də belə vəhdətə məntiqi yanaşmanın nəticəsi sayıla bilərdi.
Yanvarın 18-də Azərbaycanın elə bir mətbu onlayn orqanı yoxdur ki, sevimli şairəmizin 95 illik yubileyini manşetə çıxartmasın, hər iki sahədəki xidmətlərini diqqətə çatdırmasın, şeirlərindən nümunələri yayımlamasın. Bu özü ümumxalq məhəbbətin ifadəsidir, yaddaşların inikasıdır. Azərbaycan Demokrat Firqəsi oğlu, məsləkdaşımız Etibar Balaş oğlu (Balaş Azəroğlu) Abizadə və yubilyarın bütün doğmaları, yaxınları ilə xoş duyğularını bölüşərkən qətiyyətlə bildirir ki, Mədinə Gülgünün də daşıyıcısı olduğu bəşəri ideyaların təntənəsi qaçılmazdır.
Azərbaycan Demokrat Firqəsi
P.S: Fəxrimiz, ölməz sənətkarımız Mədinə xanımın bioqrafiyasından, yaradıcılıq yolundan bəhs edən yazı, şeirləri (dalidag.az), “AN.T”dən götürülən səsli görüntüləri isə bir daha yaddaşlarımızda poeziyamızın zirvələrindən olan unudulmaz insanı canlandıra bilər.
Şərhlər bağlıdır.