Bu gün İctimai Təmin Sazmanının qrup təqaüdçüsü təqaüd məbləğinin azlığına etiraz əlaməti olaraq mitinq keçirib. Azerbaycan-ruznamesi.org aznews.tv saytına istinadla xəbər verir ki, onlar həmin məbləğin dövlət işçilərinin aldıqlarına bərabərləşdirilməsini tələb edirlər. Bu məqsədlə etirazçılar İctimai Təmin Sazmanının Tehrandakı Bərnamə və Büdcə Təşkilatının binası qarşısında mitinq keçiriblər. Onlar “Müstəmirri haqları rialla, xərclərimiz dollarla”, “Hüquqlarımızı alana qədər sakitləşməyəcəyik”, “Əmniyət, dolanışıq bizim danılmaz hüququmuzdur” kimi şüarlar səsləndiriblər.
Məlumata görə, etiraz edənlər onların aldıqları məbləğin dövlət məmurları və nizamilərə verilən haqlarla müqayisədə çox aşağı olduğunu və eləcə də İctimai Təmin Sazmanı təqaüdçülərinin yüzdə 76-ı faizinin əhalinin yoxsul təbəqəsində yer aldığını deyirlər. Təqaüdçülər, habelə açıqlama yayaraq, dolların qiymətinin 17.500 tümən təyin edilməsinin (hansı ki Məclisin gündəliyinə salınıb), onlar və fəhlələrin ailələri üçün çox böyük mənfi təsirini bəyan edərək, bu addımı tənqid ediblər.
Şərhlər bağlıdır.