Təbrizdə tarixi binalar soyqırıma məruz qalır
Cəmi 10 faizi salamatdır, onlar da bu təhlükədən sığortalanmayıb
İRNA agentliyinin Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin müavini Əlirza Quçiyə istinadən yaydığı məlumat Təbrizin tarixi binalarının müasir vəziyyətini göz önündə canlandırır. 90 faizindən çoxunun məhv edilib, qalan 10 faizi isə bu taleyi yaşamaq üzrədir.
Quçi bunu Təbriz Şəhər Şurası iclasında söyləyərək, burada tarixi binaları və tarixi yerlərin məhv olmasının “etinasızlıq və diqqətsizlik” nəticəsində baş verdiyini dilə gətirib.
İsfahanın Nəqşi Cahan meydanının memarlığında Təbrizin Həsən Padişah Meydanından təsirləndiyini ifadə edən Quçi həmin abidələrə yalnız 30 ildən sonra əl gəzdirilməyə, yenidənqurma işlərinə başlanıldığını əlavə edib.
O, həmçinin Təbrizin bir çox tarixi bina və abidələrinin etinasız və nəzarətsiz şəkildə “özbaşına buraxıldığını”, ancaq təmir və bərpa işlərinin aparıldığını ifadə edib. “Şəhərin tarixi hissəsinin yenidən qurulması üçün xüsusi plan 2016-cı ildə 10 ay ərzində hazırlanmalı idi, lakin hələ yarımçıq qalıb”- deyə açıqlayıb.
Şərhlər bağlıdır.