QƏZZAFİNİ ÖLÜMƏ APARAN PROQNOZLARI AÇIQLANIB
AMMA ƏSAS MƏSƏLƏ LİVİYANIN SƏRVƏTLƏRİ OLUB
Bir neçə il sonra dünyanı dəhşətli pandemiyanın əhatə edəcəyini iddia edən dünya liderlərindən biri də Liviyanın son legitim rəhbəri Müəmmar Qəzzafi olub.
2011-ci ildə bütün Ərəb dünyasına faciələr yaşadan “ərəb baharı” baş verdi. Bunun ən böyük dəhşətini Liviya və onun son legitim rəhbəri Müəmmar Qəzzafi yaşadı. Qəzzafi qəddarcasına öldürüldü, ölkənin sərvəti ABŞ-a və Qərb ölkələrinə daşındı. Dilənçi halına salınan liviyalılar ölkəni çörək üçün tərk etmək məcburiyyətində qaldılar. Əlbəttə bu, ölümün və digər faciələrin əsas səbəbidir. Lakin bir sıra rəylərdə bunu Qəzzafinin vaxtilə səsləndirdiyi proqnozlarla əlaqləndirməyə çalışırlar.
Belə ki, BMT-nin 64-cü Baş Assambleyasında etdiyi çıxış zamanı səsləndirdiyi fikirlər insanlar arasında koronavirusun bir növ erkən ismarışı kimi qiymətləndirilib. O: “Virusları özləri yaradıb, sizə peyvəndini satacaqlar. Daha sonra bir həll yolu tapmaq üçün zamana ehtiyac olduğunu iddia edəcəklər, halbuki bunu etmək üçün kifayət qədər vaxtları olacaq”, – demişdi.
Qəzzafi donuz qripi kimi tanınan H1N1 virusuna dair də öz fikirlərini bildirmişdi:
“Böyük ehtimalla laboratoriyanın nəzarəti altında yaradılan H1N1 virusu öncədən hərbi silah qismində düşünülüb”.
Bəzi şərhçilər keçmiş prezidentin tam olaraq bu fikirlərinə görə öldürüldüyünə dair nəzəriyyələr irəli sürürlər. Siyasətçinin gələcəyi proqnozlaşdırmaq üçün “kifayət qədər beyinə sahib olmadığını” düşünənlər də var idi.
Şərhçilərin digər qismi isə vurğulayır ki, Qəzzafi sağ qalsaydı, daha sensasion açıqlama və faktlar təqdim edərdi.
A. Qafarova, BDU-nun tələbəsi
Şərhlər bağlıdır.