Azərbaycanlı yazıçının kitabı Təbrizdə işıq üzü görüb

Yazıçı, publisist, şərqşünas alim Ənvər Çingizoğlu azerbaycan-ruznamesi.org saytına verdiyi məlumatda Təbrizdə kitabının çap olunduğunu bildirib.

Avrasiya Yazıçılar, Azərbaycan Jurnalistlər birliklərinin, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin üzvü Ənvər Çingizoğlu qeyd edib ki, “Maku xanlığı” adlı kitabı Təbrizin “Anas” nəşriyyatında işıq üzü görüb. 600 tirajla nəşr olunan kitab tarixçi Məhəmmədrza İsmayılzadə tərəfindən tərcümə edilib.

Bu, Ə.Çingizoğlunun xarici ölkələrdə çap edilən sayca 20-ci kitabıdır. “Qızıl qələm” mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi Ənvər Çingizoğlu bununla Güneyli qardaşlarımızın öz tarixlərinə vaqif olmaları üçün daha bir dəyərli xidmət göstərib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.