MAKRON NALA-MIXA VURUR, FRANSIZLAR LAĞ EDİR

Fransa Prezidenti Emmanuel Makron İkinci Qarabağ müharibəsi bitəndən sonra da şakərindən qalmır. Yenə 30 il ərzində təcavüzkarla təcavüzə məruz qalanın yerini dəyişik saldığından qınaqlara tuş gəlir, lağ hədəfinə çevrilir. Yəqin ki, Azerbaycan-ruznamesi.org-un izləyiciləri onun sözünü dəpbələdiyini də yaddan çıxartmıyıblar. Lakin həqiqət insanın daxilindən gəlməyəndə eyni addımları yenidən təkrarlayır.

Bu günlərdə Rusiyanın RİA Novosti Agentliyi Fransanın “Fiqaro” nəşrində dərc olunan məqaləni çoxsaylı şərhlərlə təqdim edib. Makrondan narazı qalan oxucular onu öz ölkəsinin işləri ilə məşğul olmağa çağrıblar.

“Beynəlxalq arenaya çıxmaq üçün əvvəlcə öz ölkəndə inam qazanmalısan, yoxsa bu, beynəlxalq ictimaiyyətin gülüşünə səbəb olur”, – onlar yazıblar.d

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla telefon danışığı zamanı Azərbaycanın öz qoşunlarını Ermənistan ərazisindən çıxarması ilə bağlı çağırışı fransız oxucular tərəfindən tənqidlə qarşılanıb.

“Fiqaro”nun tirajladığı oxucu reaksiyalarından bir neçəsi:

“Fransa olduqca uzaqdır. Makron Ermənistanı müdafiə etməsi üçün Rusiyadan xahiş etməlidir”.

“Əgər insan öz ölkəsinin sakinlərinin təhlükəsizliyini təmin edə bilmirsə, o, başqa ölkələrin işlərinə qarışmamalıdır. Bu, həqiqətən qeyri-etik görünür”.

“Makron şəhərətrafı rayonlarda narkotacirlərlə bacara bilmir, amma Azərbaycan xalqına ağıl öyrədir” və sayr…

Nazim

Şərhlər bağlıdır.